• Təqvim

  • Unutma

  • Maraq



Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb

Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qazax rayon İcra Hakimiyyəti Başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib. Bu da səbəbsiz deyildi. Çünki demək olar ki, bütün sahələr üzrə uğurlu göstəricilər əldə olunmuş, qarşıya qoyulan vəzifələr yerinə yetirilmişdir.

Qaymaqlı kənd İƏD-si üzrə nümayəndəsi Fikrət Əfəndiyev hesabat məruzəsində bu barədə danışaraq bildirib ki, başa vurduğumuz 2017-ci il ölkəmizin hər yerində olduğu kimi Qazax rayonu, eləcə də kəndimiz üçün də hər bir sahədə uğurlu olub.
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qeyd edib ki, Qazaxın köklü kəndlərindən olan Qaymaqlı kəndinin 569 təsərrüfatı, 2183 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt şöbəsi, 1 EATS, 1 ədəd dəyirman, 1 ədəd bərbərxana, 3 ədəd mağaza fəaliyyət göstərir.

2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı kəndində 6 dəfə olmuş, kənd sakinləri ilə görüşlər keçirmiş, əhalini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Hesabat ilində nümayəndəlik ərazisində bir çox işlər görülmüşdür. Kənd icra nümayəndəliyinin, işçi qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kənd qəbiristanlığında, kəndarası yolların kənarlarında təmizlik işləri aparılmış, kollar və qurumuş ağaclar kəsilərək götürülmüşdür. Kəndimizin ərazisinin təmiz saxlanılması daima nümayəndəliyin diqqət mərkəzində olmuşdur. Kəndin çöl pay torpaq sahələrinə gedən yolda olan 2 ədəd körpü təmir olunmuş, kəndarası yollarda təmir işləri aparılmış, kənd sakinlərinə xidmət edən sıradan çıxmış 2 ədəd artezianın nasosu yenisi ilə əvəz edilmişdir. Qazax elektrik şəbəkəsi tərəfindən 3 ədəd transformator təmir edilmiş, istismar müddətini başa vurmuş 13 ədəd elektrik dayağı yenisi ilə əvəz olunmuşdur.

Su itkisinin qarşısını almaq, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə rayonumuzun bütün kəndlərində olduğu kimi, kəndimizin su arxlarında da təmizlik işləri aparılmış, 400 m suvarma arxları lildən, kol-kosdan təmizlənmişdir. Qalan hissəsi isə texnika vasitəsilə təmizlənəcəkdir. Kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə qazılmış 1 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmış, yaxın vaxtlarda quyu kənd sakinlərinin istifadəsinə veriləcəkdir.
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qaymaqlı kənd tam orta məktəbində təhsil alan 150 şagirdin təlim-tərbiyəsi ilə 26 nəfər müəllim məşğul olur. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən şagirdlərin dərsə davamiyyəti daim nəzarətdə saxlanılır. Bunun nəticəsidir ki, təhsil müəssisəsində ciddi nizam-intizam yaranmışdır.

Əhalinin sağlamlığı keşiyində dayanan Qaymaqlı həkim məntəqəsinin kollektivi xəstələrin qeydiyyatını həyata keçirir, uşaqlarda müxtəlif peyvəndlər aparır, ilkin tibbi yardım göstərir. Hesabat dövründə 10 doğum, 16 ölüm qeydə alınmışdır.

Kəndə fasiləsiz olaraq elektrik enerjisi və təbii qaz verilımişdir. Ərazidə fəaliyyət göstərən 512 nömrəli yeni elektron ATS vasitəsilə dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və kompyuter xidməti təmin olunmuşdur.

Kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıq məhsulları istehsalından və onun artıq hissəsinin satışı ilə məşğul olmaqdan ibarətdir. Əhalimizin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. 2017-ci ilin məhsulu üçün əhali 330 hektarda buğda, 320 hektarda arpa, 14 hektarda kartof, 40 hektarda şəkər çuğunduru əkib becərmişdir. Bu ilin məhsulu üçün isə 998 hektarda şumlama işləri aparılmış, bunun 586 hektarına buğda, 302 hektarına isə arpa səpilmişdir. 90 hektarda kartof, qalan 20 hektarda isə kənd sakinləri tərəfindən digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı bitkiləri əkən 251 nəfərə 46253 manat yanacaq və sürtkü yağlarına görə subsidiya ödənilmişdir.

Kənd bələdiyyəsi və kənd icra nümayəndəliyi işlərini birgə həyata keçirmişlər. Kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmiş, Qaymaqlı kəndində olan şəhid ailələrinə, Böyük Vətən və Qarabağ müharibəsi əlillərinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda yardımlar edilmişdir.

İcra nümayəndəsi qeyd edib ki, başa vurduğumuz 2017-ci ili bütün sahələrdə naliyyətlərlə yola saldıq. Bu uğurlar Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi və yorulmaz fəaliyyəti sayəsində əldə edilmişdir.
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Kənd tam orta məktəbin direktoru İlham Nəsibov, kənd folklor evinin müdiri Kazım Kazımov, şəhid atası Əmirxan Bəşirov, kənd həkim məntəqəsinin müdiri Lusiya Babayeva, kənd sakinlərindən Nəbi Süleymanov, Bəxtiyar Süleymanov və başqaları çıxış edərək hesabat ilində kənddə görülmüş işlərdən danışmışlar. Sonra icra nümayəndəsinin fəaliyyətinə münasibət bildirilmiş və sakinlər tərəfindən müsbət qiymətləndirimişdir.

Sonda rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrdən söz açmışdır.

Elçin İSMAYIL

Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb
Qaymaqlı kəndi 2017-ci ili uğurlu göstəricilərlə yola salıb


Facebook-da paylaş