20 Yanvar xalqımızın qəhrəmanlıq və şərəf səhifəsidir » Göyəzən internet portalı

20 Yanvar xalqımızın qəhrəmanlıq və şərəf səhifəsidir

20 Yanvar xalqımızın qəhrəmanlıq və şərəf səhifəsidir
20 Yanvar faciəsinin 28-ci il dönümü ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da dərin ehtiramla yad edilir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 28 dekabr 2017-ci il tarixli sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən rayonun bütün təhsil müəssisələrində anım mərasimləri keçirilir.

Belə bir növbəti anım tədbirləri Qazax şəhər 1 və 2 saylı tam orta məktəblərində keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavinləri Tahir Musayev və Gulaya Həsənova anım mərasimlərində çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi yazılmasından söz açıblar. Qeyd ediblər ki, ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi-hüquqi qiymətini alan 20 Yanvar faciəsini bu gün xalqımız 28 il keçməsinə baxmayaraq qəhrəmanlıq və şərəf günü kimi xatırlayır və hər il dərin hüznlə, böyük ürək yanğısı ilə qeyd edir.
20 Yanvar xalqımızın qəhrəmanlıq və şərəf səhifəsidir
Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, tərbiyə işləri üzrə direktor müavini Afət Yunusova, məktəbin tarix müəllimi Mustafa Mirzəyev, 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev və başqaları çıxış edərək bildiriblər ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sonra hər iki məktəbdə şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirib, həmin qanlı hadisəni özündə əks etdirən filmə baxıblar.

GOYEZEN.AZ

Facebook-da paylaş