Qazaxda istixanaların sayı getdikcə artır » Göyəzən internet portalı

Qazaxda istixanaların sayı getdikcə artır

Qazaxda istixanaların sayı getdikcə artır
Qazax rayonunda son illərdə sahibkarlara və fermerlərə yaradılmış münbit şəraitə görə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, istixanaların da sayı getdikcə artır.

Bu gün rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup nümayəndənin iştirakı ilə fermerlər və onların yeni yaratdığı təsərrüfatlarla tanışlıq məqsədilə rayonda yaradılmış istixanalarda olublar.
Qazaxda istixanaların sayı getdikcə artır
İlk tanışlıq Ağköynək kəndi ərazisində yeni yaradılmış istixanadan başlamışdır. Təsərrüfatın rəhbəri Elxan Cürənovla söhbətdən sonra məlum olmuşdur ki, istixananın sahəsi 1 hektardır. Burada əsasən Rusiyada əkilib becərilən “Ralli” növündə pomidor yetişdirilir. E.Cürənov bildirib ki, təsərrüfat ikinci ildir ki, fəaliyyət göstərir. Mütəxəssislərin fikrinə görə bu sort dünyada tanınan çox məhsuldar sortdur. Hər hektarından 150 ton məhsul götürülür. Təsərrüfata müasir standartlara və aqrotexniki qaydalara uyğun xidmət göstərilir.

Məhsulun daxili və xarici bazarlarda kifayət qədər alıcısı vardır. Məhsulu almaq üçün indidən müraciət edənlər də var.

Növbəti tanışlıq zamanı eyni vəziyyət Ağköynək kəndi ərazisində İlqar Kərimovun, Çaylı kəndi ərazisində Firəngiz Elyazovanın rəhbərlik etdikləri istixanalarda da vardır.

Hazırda başlanğıc olaraq təsərrüfatların hər birində 15-20 nəfər işçi çalışır. Onlar gündəlik olaraq zəhmət haqqı ilə təmin olunurlar. Təsərrüfat rəhbərlərinin bildirdiyinə görə istixanalarda getdikcə işlərin çoxalması ilə yanaşı, orada çalışan işçilərin sayı və onlara verilən zəhmət haqqı da artacaqdır.

GOYEZEN.AZ

Facebook-da paylaş