Hesabat yığıncağı keçirilib » Göyəzən internet portalı


Hesabat yığıncağı keçirilib

Hesabat yığıncağı keçirilib
Bu gün Qazax RİHB-nın Barxudarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Mədəniyyət Mərkəzinin akt zalında keçirilən yığıncaqda Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və icra aparatının məsul işçiləri, Barxudarlı və Sofulu kənd sakinləri, KİV nümayəndələri iştirak edib.

Yığıncaq iştirakçıları əvvəlcə kəndin işğalı zamanı həlak olanların, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğul və qızlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hesabat yığıncağı keçirilib
Açıq səsvermə yolu ilə yığıncağa sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verilib.

Hesabat yığıncağını giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev iştirakçıları salamlayıb, yenicə qədəm qoyduğumuz 2018-ci ilin gəlişi ilə əlaqədar səmimi arzularını çatdırıb. Qeyd edib ki, 2017-ci il Azərbaycan xalqının yaddaşında bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Müstəqil Azərbaycan dövləti bu gün dünyada ən sürətli inkişaf edən dövlətdir. Bunu ölkəmizdə keçirilən mötəbər yarışlardan, tədbirlərdən aydın şəkildə görmək olur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış iqtisadi islahatlar bu gün cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Azərbaycanın simasının gündən-günə dəyişməsi, yeni iş yerlərinin açılması, müasir avadanlıqlarla təchiz edilmiş istehsal sahələrinin işə salınması günümüzün reallıqlarındandır. 2017-ci ildə mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam edir. Qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olmuş, investisya fəallığı yüksək səviyyədə qalmışdır. Baxmayaraq ki, neftin qiyməti ucuzlaşıb, bu bizm dövlətimizdə heç bir çətinliklər yaratmayıb. Belə ki, əmək haqları, təqaüdlər vaxtlı-vaxtında verilir. Bu gün Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət problemlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Ölkəmiz xarici əlaqələrini genişləndirərək beynəlxalq aləmdə daha çox nəzərə çarpan və hörmət edilən ölkəyə çevrilmişdir.

Bu gün Qazax rayonunda elə bir sahə yoxdur ki, orada tərəqqi olmasın. Rayon rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazaxda uğurla icra olunur. İndi elə bir ay olmaz ki, rayon sakinləri hansısa bir obyektin açılmasında iştirak etməsinlər. Sosial obyektlərin tikintisi, əhalinin elektrik enerjisi, qaz, su və digər ehtiyaclarının lazımınca ödənilməsi üçün rayonda kompleks tədbirlər həyata keçirilir. Bir sözlə, rayonumuzda son 1 il 7 ay ərzində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri sayəsində 2017-ci ilin Qazaxın və qazaxlıların yaddaşına abadlıq ili kimi həkk olunması danılmaz bir faktdır.
Hesabat yığıncağı keçirilib
Barxudarlı kənd İƏD üzrə nümayəndəsi Yasin Hacıyev hesbat məruzəsi ilə çıxış edərək bildirib ki, Rəcəb Babaşovun rayonda apardığı tikinti-quruculuq və abadlıq işləri bütün rayon əhalisi kimi Barxudarlı və Sofulu kənd sakinlərinin də böyük razılığına səbəb olmuşdur.

Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi məcburi köçkünlərin problemləri, onların qayğıları ilə daim maraqlanır. Məhz onun tələbkarlığı və diqqəti sayəsində rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri heç bir ciddi çətinliklə qarşılaşmamışdır. Nümayəndəliyin əhalisi inanır ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində işğal olunmuş torpaqlarımız tezliklə azad olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına dönəcəklər.

İcra nümayəndəsi qeyd edib ki, Barxudarlı ərazi nümayəndəliyi 28 may 1990-cı ildən fəaliyyətə başlamışdır. Nümayəndəliyin tərkibində 2 kənd - Barxudarlı və Sofulu kəndləri birləşmişdir. Barxudarlı nümayəndəliyi 27 aprel 1992-ci ilə kimi Barxudarlı kəndində fəaliyyət göstərmiş və ondan sonrakı dövrdə isə məlum səbəblərlə əlaqədar məcburi köçkün kimi Qazax şəhərində fəaliyyətini davam etdirməkdədir. Nümayəndəliyin əhatəsində hazırda 1 ümumi orta məktəb, 2 uşaq bağçası, 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi, 1 klub və 2 kitabxana fəaliyyət göstərir. 1993-cü ildən Barxudarlı kənd ümumi orta məktəbi fəaliyyətini Qazax şəhər 5 saylı tam orta məktəbdə davam etdirir. Barxudarlı kənd ümumi orta məktəbində bu gün 28 nəfər şagird təhsil alır. Onların təhsili ilə 13 nəfər müəllim məşğul olur.

Barxudarlı kənd nümayəndəliyinin kənd işğal olunan vaxt 141 təsərrüfatı və 558 kənd sakini var idi. Hazırda təsərrüfatların sayı 163, əhalinin sayı isə 663 nəfərdir. Hesabat ili ərzində 3 nəfər uşaq dünyaya gəlmiş, 3 nəfər isə dünyasını dəyişmişdir.
Hesabat yığıncağı keçirilib
Nümayəndəliyə ərizə ilə 1 nəfər təsərrüfatdan ayrılması haqqında müraciət etmişdir. Həmin ərizəyə nümayəndəlik tərəfindən baxılmış və ailə vəziyyətini nəzərə alaraq ayrı təsərrüfat edilmişdir. 24 nəfər şifahi müraciət edənlərdən 3 nəfəri yaşadıqları mənzil şəraiti, 2 nəfəri maye qazın olmaması, 5 nəfər qaz pulunun borcu, 4 nəfər doğulan uşaqlara yemək xərcinin verilməsi, 10 nəfər isə yemək xərcinin dayandırılması ilə əlaqədar müraciət etmişdir. Nümayəndəlik tərəfindən sakinlərin ərizə və şifahi müraciətlərinə yerində baxılmış və tez bir zamanda bütün narahatlıqlar aradan qaldırılmışdır. Bizim tərəfimizdən həll olunması mümkün olmayan məsələlər rayonun digər rəhbərləri və xüsusi ilə rayon icra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənablarının göstərişi və köməkdarlığı ilə həll olunmuşdur.

Nümayəndəlikdə görüləsi işlərdən biri də Azərbaycan Respublikasının müdafiəsi üçün sağlam və gümrah gənclərin ordu sıralarına göndərilməsidir. Bu sahədə işimiz qənaətbəxşdir. Hesabat ili ərzində orduya çağırılanların sayı 1 nəfər, hərbidən qayıdanlar isə 3 nəfər olmuşdur. 2017-ci ildə ordu sıralarından ehtiyata buraxılan gənclərin iş və ailə şəraiti ilə maraqlanıb lazımi tövsiyələrimizi vermişik.

Nümayəndəliyin əsas işlərindən biri də Barxudarlı və Sofulu kəndlərindən olan məcburi köçkünlərin alacaqları yemək pulunun vaxtında təşkil olunmasıdır. Hesabat ili ərzində tərəfimizdən məcburi köçkünlərə verilən yemək pulu siyahılarının tərtib edilməsi, həmin siyahıların rayon İcra Hakimiyyətinə çatdırılması təmin edilmişdir. Bundan əlavə, rayon rəhbərliyinin təşəbbüsü ilə Barxudarlı və Sofulu kəndlərindən olan şəhid ailəsi və imkansız ailələrə bayramlar ərəfəsində ərzaq yardımı ilə köməkdarlıq edilmişdir. Məcburi köçkünlərin sosial-məişət problemlərinin həll edilməsi, onlara daim diqqət və qayğı göstərilməsi həmişə diqqət mərkəzində olmuşdur. Nümayəndəliyin əsas işlərindən biri də yaşlı nəslin nümayəndələrinə xidmətin, xüsusilə poçt-rabitə xidmətinin yaxşılaşdırılmasından ibarətdir. Nümayəndəlikdə 114 nəfər təqaüdçü var. Onların pensiyalarının vaxtında verilməsi təmin edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Sofulu kənd sakini Fikrət Mehdiyev, Barxudarlı kənd sakinlərindən Nəzakət İsmayılova, Oqtay Qafarov, Barxudarlı kənd ümumi orta məktəbin direktoru Məleykə Almazova və başqaları çıxış edərək məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Haklimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində işğal olunmuş torpaqlarımız, eləcə də Barxudarlı və Sofulu kəndləri tezliklə azad olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına dönəcəklər. Müstəqil Azərbaycanın üçrəngli bayrağı Barxudarlı kəndində, nümayəndəliyin binası üzərində dalğalandıracaqdır.

Hesabat yığıncağı keçirilib
Hesabat yığıncağı keçirilib
Hesabat yığıncağı keçirilib
Hesabat yığıncağı keçirilib
Hesabat yığıncağı keçirilib
Hesabat yığıncağı keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş