• Təqvim

  • Unutma

  • Maraq



Rəcəb Babaşov “İLİN BAŞÇISI” seçildi

Qazax rayon İcra Hakimiyyətinin başçısı “İlin başçısı - 2017” nominasiyasının qalibi oldu


Rəcəb Babaşov “İLİN BAŞÇISI” seçildi
İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi “İLİN BAŞÇISI 2017” sorğusu keçirmişdir. QHT-nin rəsmi internet səhifəsi olan www.AzSlav.org saytında həyata keçirilən sorğuda Bakı şəhəri ilə yanaşı, respublika rayonlarının adları da qeyd olunmuşdu.

12 dekabrdan başlayaraq internet üzərindən respublika üzrə səsvermə aparılıb. 27 dekabr 2017-ci il saat 13:00 tarixində isə səsvermə dayandırılıb. Gərgin keçən sorğuda "İLİN BAŞÇISI 2017" nominasiyasının qalibi müəyyən olub.
Rəcəb Babaşov “İLİN BAŞÇISI” seçildi
15 gün ərzində keçirilən sorğunun nəticələrinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov “İlin Başçısı” seçilib.

Qazax rayon ictimaiyyəti, ağsaqqallar, ziyalılar, gənclər adından Rəcəb Abas oğlu Babaşovu “İlin Başçısı” seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Qazaxın inkişafı naminə həyata keçirdiyi genişmiqyaslı işlərində cənab Başçıya daha böyük uğurlar arzulayırıq.

Rəcəb Babaşov “İLİN BAŞÇISI” seçildi
GOYEZEN.AZ


Facebook-da paylaş