Qazaxda “İlin bağçası” müsabiqəsində fərqlənən bir qrup tərbiyəçi-müəllim mükafatlandırılıb » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq

Qazaxda “İlin bağçası” müsabiqəsində fərqlənən bir qrup tərbiyəçi-müəllim mükafatlandırılıb

Qazaxda “İlin bağçası” müsabiqəsində fərqlənən bir qrup tərbiyəçi-müəllim mükafatlandırılıb
Xəbər verdiyimiz kimi, Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında ilk dəfə olaraq genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “İlin bağçası” müsabiqəsi keçirildi.

Qazax rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etmək idi. “İlin bağçası"nı seçmək, əsasən də körpə balaların vətənpərvərlik ruhunda tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına olan sevgisini göstərmək idi.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müsabiqə zamanı uşaqlarla xüsusi rəftarına, göstərdiyi diqqət və qayğıya görə fərqlənən bir qrup tərbiyəçi-müəllimləri qəbul edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tərbiyəçi-müəllimləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqlar daim yüksək diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Cəmiyyətimiz həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, gümrah, eyni zamanda, savadlı və vətənpərvər ruhda böyümələri üçün hər cür şərait yaradıb.
Qazaxda “İlin bağçası” müsabiqəsində fərqlənən bir qrup tərbiyəçi-müəllim mükafatlandırılıb
İcra Başçısı qeyd edib ki, ölkəmizdə bu sahədə aparılan genişmiqyaslı işlərə Qazax rayonunda da hər addımda rast gəlmək olur. Hər zaman diqqət və qayğı ilə əhatə olunmuş rayonumuzun körpələri üçün də Qazaxın Xanlıqlar, Kosalar, Daş Salahlı, Cəfərli kəndlərində, eyni zamanda Qazax şəhərinin özündə bu gün açılışını etdiyimiz, ən müasir standartlara cavab verən 1 saylı körpələr evi-uşaq bağçaları bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir və həmin işlər artan templə davam edir. Bundan sonra da çalışacağıq ki, 2018-ci ilin sonuna qədər Qazax rayonunda bütün bağçalar müasir formaya salınsın.

“Ilin bağçası” müsabiqəsi ilə bağlı təəssüratlarını bölüşən Rəcəb Babaşov bildirib ki, müsabiqəni təşkil etməkdə də əsas məqsədimiz bu sahədə görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etmək idi. Mənim üçün təkcə birinci yer tutan bağça deyil, bütün bağçalar qalib oldu. Mənim üçün hər bir uşaq qalib oldu. Mən bütün bağçaların kollektivlərini, əməyi, zəhməti olan bütün işçiləri bir daha səmimi qəlbdən təbrik edirəm. Mən deyərdim ki, həmin müsabiqə bizlərə çox şey bəxş etdi. Mən siz müəllimələrdə körpə balalara olan sevgini, qayğını, səmimi münasibəti gördüm. Özümə borc bildim ki, sizin bu əməyinizi qiymətləndirim və sizlərə öz minnətdarlığımı çatdırım.

Şəhər 2 saylı uşaq bağçasının tərbiyəçisi Arzu Hüseynova, şəhər 3 saylı körpələr evi–uşaq bağçasının tərbiyəçisi Aynur Kazımova, 4 saylı uşaq bağçasının tərbiyəçisi Dilarə Hüseynova və şəhər 6 saylı körpələr evi–uşaq bağçasının tərbiyəçisi Gülnar Qələndərova çıxış edərək bağçalarda yaradılan gözəl şəraitə və onların əməyinə, zəhmətinə verilən yüksək qiymətə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər rayonumuzda ilk dəfə olaraq keçirilən “İlin bağçası” müsabiqəsinin sevinc hissi yaşatması ilə yanaşı, üzərilərinə böyük məsuliyyət hissi qoymasını da vurğulayıblar. Bundan sonra da uşaqlara qayğı ilə yanaşacaqlarını, öz bilik və bacarıqlarını əməli işləri ilə sübut edəcəklərini vurğulayıblar.

Sonda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müsabiqədə fərqlənən tərbiyəçi-müəllimlərə gül dəstələri və qiymətli hədiyyələr təqdim edib.

GOYEZEN.AZ

Facebook-da paylaş