Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq



Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib

Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Bu gün Hüseynbəyli kəndinə çəkilmiş yeni asfalt yolun açılışı olub. Yolun kənarlarına toplaşmış yüzlərlə kənd sakini bir-birini təbrik edir, ən xoş arzularını bildirirdilər.

Bu münasibətlə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, mətbuat işçiləri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində öz çıxışına təbriklərlə başlayıb. Qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunmuş Qazax-Hüseynbəyli avtomobil yolu 1711 nəfər sakinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirir. 2,5 km uzunluğunda olan yeni asfalt yol kənddə kənd təsərrüfatının, eləcə də digər sahələrin daha da inkişaf etməsinə xidmət göstərəcəkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev rayon rəhbərliyinin təbrikinə qoşularaq kənd sakinlərinə ən xoş arzularını bildirib. Qeyd edib ki, yeni yolun istifadəyə verilməsi dövlətin vətəndaşlara olan diqqət və qayğısının ən bariz nümunəsidir.
Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Hüseynbəyli kənd sakini Mahirə Abbasova, Əsəd Mahmudov və başqaları ünvanlarına söylənən təbriklərə və xoş arzulara görə təşəkkür edib, başda Prezident İlham Əliyev olmaqla Avtomobil Yolları Dövlət Agentliyinin və rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, kəndə çəkilən yeni yol bayram ərəfəsində onlara verilən ən böyük hədiyyədir.

Sonra Rəcəb Babaşov və Əvəz Qocayev alqış sədaları altında yolun rəmzi açılışını bildirən qırmızı lenti kəsiblər.

Yüksək səviyyədə inşa olunmuş yeni yol bütün kənd sakinlərinin ürəyincə olub.

Elçin İSMAYIL

Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib
Hüseynbəyli kəndinə yeni asfalt yol çəkilib


Facebook-da paylaş