Qazaxbəyli və Orta Salahlı kəndlərinə içməli su çəkilib - » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq

Qazaxbəyli və Orta Salahlı kəndlərinə içməli su çəkilib - Qazaxda

Qazaxbəyli və Orta Salahlı kəndlərinə içməli su çəkilib -
Su çəkmək, yol salmaq, körpü tikmək lap qədim zamanlardan ən savab iş, ən xeyirxah əməl sayılıb. Ad qazanmaq istəyirsənsə, “Su çək, körpü tik, yol sal” deyibdir babalarımız.

Fəaliyyətə başladığı ilk gündən bu xeyirxah əməlləri özünün gündəlik işinə çevirən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu sahədə yadda qalası xeyli işlər görüb. Rayon rəhbərliyi öz xeyirxahlığı ilə minlərlə kənd sakininə unudulmaz sevincli anlar yaşadıb, uzun illərdən bəri mövcud olan su problemlərini aradan qaldırıb. Artıq Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna kəndlərinə içməli su çəkilib. Daş Salahlıda isə bu proses başa çatmaq üzrədir.

21 dekabr günü Qazaxbəyli Orta Salahlı kənd camaatının yaddaşından uzun illər silinməyəcəkdir. Məhz 2017-ci ilin bu günündə hər iki kəndə içməli su çəkilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Qazaxbəyli kəndinə içməli su çəkilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib.

İcra Başçısı tədbirdə çıxış edərək bildirib ki, ötən il kəndə su çəkmək məsələsi gündəmə gələndə çoxları buna inanmırdı. Amma sentyabr ayının 1-də bu problem öz həllini tapdı və yüz ildən bəri yaranmış problem 5 gündə həll olundu. Bu il isə kənd investisiya layihəsi əsasında 6 km uzunluğunda kəndin bütün hər yerinə içməli su xətti çəkilib. 1 ədəd 50 tonluq, 2 ədəd isə 5 tonluq su çənləri qoyulub. Kəndin 12 yerində bulaq tikilib, 16 yerində isə su siyirtməsi çəkilib. Beləliklə, kənddəki 240 evin su problemi birdəfəlik öz həllini tapıb.

Kənd ağsaqqallarından Yasin Qasımov, Məmməd Hüseynov, Nazim Xəlilov və başqaları çıxış edərək kəndin içməli su ilə tam təmin olunmasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova isə kənd sakinlərinə göstərdiyi diqqət və qayğıya görə sonsuz təşəkkür ediblər.

Bu gün eyni sevinc hisslərini Orta Salahlı kənd sakinləri də yaşayıb. Bu kəndə də 5,3 km uzunluğunda içməli su xətti çəkilib. Kəndin ayrı-ayrı küçələrində 11 bulaq tikilib, 9 yerə isə su siyirtməsi çəkilib. İndi çəkilmiş yeni bulaqlardan göz yaşı kimi dumduru su axır. Bununla da 300-ə yaxın ailənin su problemi rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu sevincli gün ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxış edərək kəndə su çəkilməsi münasibətilə bütün sakinləri səmimi qəlbdən təbrik edib, onlara göz aydınlığı verib. Qeyd edib ki, bu gün 2 kəndə su çəkilməsi ölkə başçısının qarşıya qoyduğu vəzifələrin Qazaxda yerinə yetirilməsinin əyani göstəricisidir.

Kəndin ağsaqqallarından Nəbi Murğuzov, Nəsib Ayvazov, Nəbi Babacanov, Aslan Məmmədov söz alaraq bu günün, eləcə də Rəcəb Babaşovun adının kəndin tarixinə əbədi yazıldığını qeyd ediblər. Bildiriblər ki, Orta Salahlı kəndinin salındığı vaxtdan 80 il keçməsinə baxmayaraq su problemi həll olunmamış qalırdı. Kəndin su probleminin həll edildiyi üçün Ölkə Başçısı İlham Əliyevə təşəkkür etməklə yanaşı rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova da sonsuz minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Qazaxın daha 2 kəndində əhalinin su həsrətinə son qoyulub. Ömrün uzun olsun, su çəkən.

Elçin İSMAYIL

Facebook-da paylaş