Yeni müəssisədə xalça toxunulmasına başlanılıb » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq

Yeni müəssisədə xalça toxunulmasına başlanılıb

Yeni müəssisədə xalça toxunulmasına başlanılıb
Qazax rayonunda bütün sahələr kimi xalçaçılığın inkişaf etdirilməsinə də diqqət və qayğı göstərilir. Qazax şəhərində “Azərxalça” ASC tərəfindən inşa edilən Xalça müəssisəsinin tikintisi buna əyani sübutdur.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov inşaat işlərinə başlanan vaxtdan demək olar ki, hər gün tikintiyə baş çəkib, lazım gəldikdə tapşırıq və tövsiyələrini verib.

Bu gün rayon rəhbərliyi müəssisədə görülən son tamamlama işləri ilə tanış olmaq üçün Xalça müəssisəsinə gəlib. Müəssisənin direktoru Nazim İbrahimov rayon rəhbərliyinə görülən işlər barədə məlumat verərək bildirib ki, tikinti işləri artıq başa çatıb. Hazırda son tamamlama işləri görülür. Xalça müəssisəsi demək olar ki, tam hazırdır. Ona görə də artıq fabrikdə xalça toxunulmasına başlanılıb.

Rayon rəhbərliyi xalçaçıların işi və onlar üçün yaradılmış şəraitlə də tanış olub. Müəssisədə çalışan xalçaçı qızlar, qadınlar yeni müəssisədə onların işləmələri üçün hər cür şərait yaradıldığını qeyd ediblər. Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, belə bir yüksək səviyyəli və şəraiti olan müəssisədə işlə təmin olunduqlarına görə böyük sevinc hissləri keçirirlər.

Xalçaçıların iş şəraiti ilə tanış olan İcra Başçısı onlara səmərəli fəaliyyət arzulayıb.

GOYEZEN.AZ

Facebook-da paylaş