Cəfərli kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq

Cəfərli kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Qazax rayonunda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur. Qazax şəhərində tikintisi başa çatdırılan və açılışa tam hazır olan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunmuş 2 və 3 saylı körpələr evi-uşaq bağçaları buna ən bariz nümunədir. Əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2, 3 saylı körpələr evi-uşaq bağçalarından və Xanlıqlar kənd körpələr evi-uşaq bağçasından sonra bu gün Cəfərli kənd uşaq bağçasının açılışı olub.

Fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərini həmişə diqqətdə saxlayan rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısı sayəsində Cəfərli kənd uşaq bağçasına yeni bir həyat verilib. Qeyd edək ki, Cəfərli kənd uşaq bağçası 1992-ci ildən cəmi iki darısqal otaqda fəaliyyət göstərirdi. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağça binasının yararsız hala düşdüyünü və günün tələblərinə cavab vermədiyini nəzərə alaraq əlavə otaqlar ayrılması və əsaslı şəkildə təmir olunması barədə göstəriş verib. Rayon rəhbərliyinin tapşırığına əsasən bağçanın yerləşdiyi binada əlavə otaqlar ayrılıb və əsaslı şəkildə təmir edilib. Bağçanın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastrukturlar yaradılıb və ən müasir görkəmə salınıb. Yataq və oyun otağı, dəhliz, anbar, mətbəx, sanitar qovşağı, istilik sistemi, müdir otağı ən yüksək səviyyədədir. Bir sözlə, sərhəd kəndində böyük şəhərlərdə olan bağçalardakı kimi şərait yaradılıb.

Bu gün Qazaxın sərhəd kəndi olan Cəfərlidə tamamilə yenidən qurulan kənd uşaq bağçasının açılışı olub.

Açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, kənd sakinləri, KİV nümayəndələri iştirak edib.
Cəfərli kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri, kənd sakinlərini bağçanın istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edərək göz aydınlığı verib. Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbriklərini çatdıraraq ən xoş arzularını bildirib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir.

İcra Başçısı bildirib ki, bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlər görülür.

Rəcəb Babaşov qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni etmişəm. Çalışmışam ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Artıq rayonumuzda bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses artan sürətlə də davam edəcəkdir. Gələn ilin sonuna kimi bütün kəndlərdə olan körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır.

Cəfərli kənd uşaq bağçasının müdiri Fiqura Yunisova, ağsaqqallardan Sabir Vəliyev, Mehman Nəbiyev, Seyfəddin Vəliyev, Əməkdar müəllim Xatın Hüseynxanova çıxış edərək uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar.

Sonra bağçada tərbiyə alan körpə fidanlar Vətən, Ana və Ordumuz haqqında şeirlər söyləyiblər.

Uşaq bağçası binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olaraq bağçanın dünənini və bu gününü özündə əks etdirən fotostendə baxıb, yataq otaqları, mətbəx, oyun otaqları, musiqi otaqları ilə tanış olublar. Yeni bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda Rəcəb Babaşov bir daha xeyir-dua verərək bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.

Elçin İSMAYIL

Facebook-da paylaş