• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda su kanalları və arxları təmizlənir

Qazaxda su kanalları və arxları təmizlənir
Qazax rayonunda başqa sahələrlə yanaşı olaraq kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artıb, məhsuldarliq da eyni səviyyədə yüksəldilib.

Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən ötən il su kanalları və arxları təmir olunub, kol-kosdan və lildən təmizlənib. Nəticədə suyun ötürücülük gücü artırılıb, su itkisinin qarşısı alınıb.

Həmin ənənə bu il də davam etdirilir. Rayon rəhbərliyinin müvafiq tapşırığı ilə su kanallarının və su arxlarının təmizlənməsi işlərinə başlanılıb. Bu məqsədlə rayonun bütün kəndlərində əhali tərəfindən kanal və arxların lildən, kol-kosdan təmizlənməsi işləri həyata keçirilir. Əl ilə yanaşı, lazım gələn yerlərdə texnikadan da istifadə olunur.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su kanallarında və su arxlarında görülən işlərlə tanış olmaq üçün rayonun Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli və Canalı kəndlərində olub. Tədbirdə İcra Başçısı ilə birlikdə aidiyyatı təşkilatların rəhbərləri də iştirak edib.

Rayon rəhbərliyinə məlumat verilib ki, bu il ümumi uzunluğu 261 km olan kanal və arxların təmizlənməsi işləri aparılacaqdır. Bu məqsədlə bütün kəndlərdə artıq elliklə kanal və arxların təmizlənməsi işləri aparılır. Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün kifayət qədər texnika da ayrılıb. İşlərin əlbir şəkildə görülməsinin nəticəsidir ki, bu günə kimi 60,2 km uzunluğunda arx və kanallar təmizlənib və yararlı hala salınıb. Bunun 26,78 km əllə, 33,42 km isə texnika ilə təmizlənib.

Arx boyunca gəzib görülən işlərlə tanış olan İcra Başçısına bu ümumxalq işində iştirak edən bütün kənd sakinləri arxların təmizlənməsi ilə əlaqədar tapşırıq verdiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

Facebook-da paylaş