Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib » Göyəzən internet portalı

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Bu gün Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib.

Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax RİHB Aparatının məsul işçiləri, akademik Teymur Bünyadov, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisinin deputatı Ülviyyə Ağayeva, "Qazax Xeyriyyə" İctimai Birliyinin sədri İlham Pirməmmədov, şair, “Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, filologiya elmləri doktoru Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı Gülamayıl Murad, filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şair-jurnalist Məmməd Əfşan, Xalq şairinin oğlu, professor Babək Qurbanov, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şairlər, yazıçılar, KİV nümayəndələri iştirak edib.

Poeziya bayramından əvvəl tədbir iştirakçıları İkinci Şıxlı kənd məzarlığına gələrək Xalq şairi Osman Sarıvəllinin qəbrini ziyarət ediblər. Ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Qəbiristanlığın girişində məktəblilər şairin şeirlərini oxuyublar.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən məzarlıqda təmir-bərpa işləri aparıldığını və yüksək səviyyəyə çatdırıldığını qeyd edib.

Sonra tədbir iştirakçıları Eldar Nəsiblinin qəbrini ziyarət edib, ruhuna dua oxunub. Məzarı başında “Bura Qazaxdı” şeiri səsləndirilib. Burada da rayon rəhbərliyi tərəfindən təmir işləri həyata keçirilməsi qeyd olunub.

Yuxarı Salahlıda Səməd Vurğunun Poeziya Evində olan qonaqlar dahi şairin heykəlini ziyarət edib, muzeylə tanış olublar. Qonaqlara muzeydə əsaslı şəkildə aparılan təmir işləri barədə geniş məlumat verilib.

Sonra poeziya bayramı Ədəbiyyat Muzeyində davam etdirilib. Qonaqlar öncə muzeylə, Xalq şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramını giriş sözü ilə açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb, bayram münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib. Osman Sarıvəlli poeziyasının gözəlliyindən söz açıb. Qeyd edib ki, “Hər kim yüz il yaşamasa, günah onun özündədir” misralarını milyonları düşündürən sətirə çevirən görkəmli şair Osman Sarıvəlli Azərbaycan ədəbiyyatına böyük töhfələr verib, Azərbaycan dilinin inkişafında xüsusi xidmətləri olub. Düzdür, onun özü də yüz yaşaya bilmədi, lakin yaratdığı əsərlər, qazandığı sevgi heç şübhəsiz, bundan sonra da hələ çox yüz illər yaşayacaq və Osmansevərlər onu xoş xatirələrlə yad edəcəklər.

Sonra Xalq şairinin həyat və yaradıcılığından bəhs edən, onun haqqında söylənmiş qiymətli fikirlərin yer aldığı film nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Xalq şairinin həyatı, yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, Osman Sarıvəllinin ilk kitabı 1934-cü ildə “Dəmir sətirlərim” adı altında oxuculara təqdim edilib. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdrikliyi, klassik poeziyamızın incəlikləri Osman Sarıvəlli yaradıcılığının mənəvi qidasına çevrilib.

Poeziya bayramında akademik Teymur Bünyadov, Milli Məclisinin deputatlarından Nizami Cəfərov və Ülviyyə Ağayeva, "Qazax Xeyriyyə" İctimai Birliyinin sədri İlham Pirməmmədov, filologiya elmləri doktoru Rüstəm Kamal, şair, “Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, şair-jurnalist Məmməd Əfşan, filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, AYB-nin əməkdaşı Gülamayıl Murad çıxış edərək Osman Sarıvəlli yaradıcılığı haqqında öz ürək sözlərini söyləyib, şairlə bağlı xatirələrini danışıblar. Qeyd ediblər ki, Osman Sarıvəlli böyük şair olduğu kimi, həm də qüdrətli tərcüməçi idi. Sənətkar Nizami Gəncəvi, Viktor Hüqo, Puşkin, Nazim Hikmət kimi yazıçıların əsərlərini dilimizə tərcümə edib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.

Poeziya bayramında tədbir boyunca aşıqlardan Camoy Qurbanov, Hüseyn Kəmərli, Samir Allahverdiyev, Şahin Süleymanov saz havaları üstündə şairin şeirlərini oxuyublar.

Qazax Dövlət Dram Teatrı aktyorlarından Zəmanə Dərvişova və Hacı Hacıyevin ifasında “Gətir oğul, gətir” poemasından bir parça ifa olunub.

M.Hüseyn adına məktəb-lisey və İkinci Şıxlı kənd tam orta məktəbin şagirdləri tərəfindən Xalq şairinin bir-birindən gözəl şeirləri səsləndirilib.

Xalq şairinin oğlu, bu gün Türkiyədə çalışan professor Babək Qurbanov çıxış edərək atasına verilən yüksək dəyərə və bu cür yüksək səviyyədə tədbirin keçirilməsinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz adından, ailəsi adından, xüsusilə də Osmansevərlər adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün bizim ailə üçün əsl bayramdır. Biz sevinirik ki, atama bu cür dəyər verilir. Onun adı daim yüksəklərdə tutulur. Mən şairin oğlu və bir elm adamı kimi Ölkə Başçısı İlham Əliyev cənablarına sonsuz təşəkkürümü çatdırıram ki, şairlərimizə, yazıçılarımıza, ədəbiyyat adamlarına hər zaman böyük önəm verir, diqqət və qayğı göstərir. Bu gün atam Osman Sarıvəllinin həyatına, yaradıcılığına həsr olunmuş poeziya bayramı bunun ən bariz nümunəsidir.

Poeziya bayramı Eldar Nəsiblinin “Bura Qazaxdı” şeirinin sədaları altında başa çatıb.

Elçin İSMAYIL

Facebook-da paylaş