• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda keçirilən tibbi aksiyada 275 rayon sakini iştirak edib

Qazaxda keçirilən tibbi aksiyada 275 rayon sakini iştirak edib
Məlumat verdiyimiz kimi bu gün saat 13:00-dan "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən səyyar tibbi müayinə aksiyasına başlanılıb. Heydər Əliyev Mərkəzində səyyar tibbi xidmətin yüksək səviyyədə həyata keçirilməsi və vətəndaşların aksiyadan rahat şəkildə istifadə etmələri üçün lazım gələn bütün hazırlıq işləri görülüb, lazımi avadanlıqlarla təmin edilib və yüksək şərait yaradılıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Heydər Əliyev Mərkəzinə gələrək aksiyada vətəndaşlara göstərilən tibbi xidmətlə maraqlanıb.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova və Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov məlumat verərək bildiriblər ki, aksiya başlayan saatdan sakinlər fəallıq göstəriblər və böyük kütləvilik nümayiş olunub. Qeyd ediblər ki, vətəndaşlar əsasən terapevt, endokrinoloq, kardioloq, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar. Rəcəb Babaşov aksiyanın xidmətindən də istifadə edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlər şöbəsinin baş məsləhətçisi Fəda Abbasov GOYEZEN.AZ saytının əməkdaşına verdiyi ekskluziv müsahibədə aksiyanın məqsəd və əhəmiyyətindən, Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara yüksək səviyyədə xidmətlərin göstərilməsi sahəsində verdiyi tapşırıqlardan danışıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova istər “Asan Xidmət”in, istərsə də bu tibbi aksiyanın həyata keçirilməsində göstərdiyi dəstəyə və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.

Sağlam Ailə Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli də aksiyanın keçirilməsi üçün yaradılan yüksək şəraitə və isti münasibətə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, Qazaxın sərhəd bölgəsi olmasını nəzərə alaraq aksiyanı sabah da davam etdirəcəklər.

Facebook-da paylaş