Kosalarda bağçalar yüksək səviyyədə fəaliyyət göstərir
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün adları qeyd olunan bağçalara baş çəkib. Rayon rəhbərliyinə məlumat verilib ki, istifadəyə verilən gündən bağça uşaqların “ikinci evi”nə çevrilib. Bu təlim-tərbiyə müəssisələrində ərzaq təminatı, oyuncaqlar, əyani vasitələr, bir sözlə, lazım olunan hər bir şey yüksək səviyyədədir.
Hər iki bağçanın kollektivi, valideynlər müasir tələblərə cavab verən, yüksək səviyyədə təminatla təmin olunan bağçalara görə Ölkə Başçısına öz dərin minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, rayon rəhbərliyinə ən xoş arzularını çatdırıblar.
Facebook-da paylaş