• Təqvim

  • Unutma

  • Maraq



Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb
Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə anılır, sevilir, yaşanır və əbədi yaşayacaqdır.

Bu gün Qazax rayonunda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb
Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, minlərlə rayon sakini ulu öndərin abidəsini ziyarət edib, gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən filmə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olub, öz ürək sözlərini bildiriblər.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb
Qeyd olunub ki, Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.

İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın, bu dahi şəxsiyyətin izi görünməsin. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə, dövlət idarəçiliyi akademiyasıdır.

Hazırda hamının Azərbaycanda intibah dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illərin əvvəllərində Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi və mədəni inkişafının əsasını qoydu. Heydər Əliyevin müdrik siyasəti nəticəsində dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, milli təlim – “azərbaycançılıq” ideologiyasını yaratdı.

“Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” - deyən ümummilli liderimizin ən başlıca keyfiyyəti xalqımıza ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməsi idi.

Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir.

O, bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu kəlmələri deyən Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl, Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli alovlandırmışdır.

Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf hazırda Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf ölkəsinə çevrilmişdir.

Elçin İSMAYIL

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qazaxda ümumxalq sevgisi ilə anılıb



Facebook-da paylaş