• Təqvim

  • Unutma

  • Maraq

İkinci Şıxlı kəndindəki bağçalar əsaslı təmir olunacaq

Qazax rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Diqqət çəkən məqamlardan biri də odur ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün sahələrlə yanaşı böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün diqqət və qayğısını əsirgəmir.

Bu məqsədlə şəhərdə, eləcə də kəndlərimizdə yeni-yeni uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə yenidən qurulur. Buna misal olaraq şəhər mərkəzində inşa olunan 3 mərtəbəli 1 saylı körpələr evi-uşaq bağçasını, əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarını, Xanlıqlar kəndindəki körpələr evi-uşaq bağçasını nümunə göstərmək olar. Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları da əsaslı şəkildə təmir olunub və açılışa tam hazırdır. Hal-hazırda isə Cəfərli kənd uşaq bağçası əsaslı şəkildə yenidən qurulur və yaxın günlərdə istifadəyə veriləcəkdir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün İkinci Şıxlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarına baxıb. Rayon rəhbərliyinə məlumat verilib ki, hər iki bağçanın binası istifadəyə verildiyi gündən təmir olunmayıb. Uzun müddət baxımsızlıq üzündən binalar olduqca yararsız hala düşüb və əsaslı təmirə ehtiyac var.

Bağça binalarında yaranmış vəziyyətlə yerində tanış olan rayon rəhbərliyi hər 2 binanın təmir olunması barədə göstəriş verib. Yaxın vaxtlarda İkinci Şıxlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarında təmir işlərinə başlanacaq və binalar əsaslı şəkildə yenidən qurulacaqdır.

Sonra rayon rəhbərliyi Bayraq Meydanına gəlib. Buradakı ətraf əraziyə və Bakı Dövlət Universitetinin Qazax filialı üçün ayrılmış sahəyə baxaraq bir sıra tapşırıqlar verib.

GOYEZEN.AZ

Facebook-da paylaş