• Təqvim

  • Unutma

  • Maraq

“Ölkəmizi tanıyaq” iştirakçıları ilə görüş keçirilib

“Ölkəmizi tanıyaq” iştirakçıları ilə görüş keçirilib
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində rayon məktəbliləri 11-14 noyabr tarixlərində Lənkəran-Masallı-Astara rayonlarında olmuşlar. Ekskursiyanın təşkil edilməsində məqsəd Lənkəran, Masallı və Astara rayonlarının tarixi yerləri, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaq, müxtəlif məzmunlu musiqili-əyləncəli proqramlarda iştirak etmək olmuşdur.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tur-aksiyada iştirak etmış məktəbliləri qəbul edib. İcra Başçısı giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən tur-aksiyanın məqsədindən danışıb. Qeyd edib ki, məktəblilərin biliklərinin artırılmasında, şagirdlərin dünyagörüşlərinin formalaşmasında və zənginləşməsində tur-aksiyanın mühüm əhəmiyyəti var. Bildirib ki, artıq son turlarda rayonumuzun məktəbliləri bilik yarışlarında uğurlu göstəricilər əldə ediblər. Bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmamış, 42 rayon arasında keçirilmiş bilik yarışında 1-ci yeri tutmuşdur.

Rayon rəhbərliyi qeyd edib ki, əziz balalar, siz çox gözəl bir ölkədə yaşayırsınız. Oxumaq, biliklərə yiyələnmək və gələcəkdə ixtisaslı mütəxəssis, ölkəmizə xeyir verəcək layiqli bir vətəndaş olmaq üçün Ölkə Başçısının diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də rayonumuzda çox gözəl və sağlam mühit var. Ona görə də yaradılmış bu şəraitdən istifadə edib həyatda və təhsildə uğurlu nəticələr qazanın. Bu yolda rayon İcra Hakimiyyətinin başçısı kimi mən hər zaman sizə dəstək olmağa hazıram.
“Ölkəmizi tanıyaq” iştirakçıları ilə görüş keçirilib
Sonra tur-aksiya iştirakçısı olmuş məktəblilərdən Kənan Hacıyev, Əfəndi Kərəm, Nurəddin Bayramov, Babaxan Carçıyev, Mətin Veyisli, Cəmilə Məmmədova və başqaları öz səfər təəssüratlarını bölüşərək gəzdikləri rayonlarda gördüklərindən danışıblar. Tur-aksiyanı təşkil etdiyinə görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya bütün iştirakçılar adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, RİHB Aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, müəllimlərdən Əsmayə Aslanova, valideynlərdən Solmaz Musayeva, Dilşad Nəsibova, Mehparə Allahquluyeva çıxış edərək rayonumuzda həyata keçirilən tikinti-quruculuq işlərinə, tur-aksiyanın yüksək səviyyədə təşkil edilməsinə, məktəblilər üçün yaradılmış şəraitə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova məktəblilər, valideynlər, müəllimlər adından öz dərin minnətdarlıqlarını bildirib, ən xoş arzularını çatdırıblar.
“Ölkəmizi tanıyaq” iştirakçıları ilə görüş keçirilib
“Ölkəmizi tanıyaq” iştirakçıları ilə görüş keçirilib
“Ölkəmizi tanıyaq” iştirakçıları ilə görüş keçirilib
Tədbirin sonunda yarışların qalibi olmuş “Odlar yurdu” komandasının üzvlərinə İntellektual Oyunlar Assosiasiyası tərəfindən verilmiş 1-ci dərəcəli sertifikatlar və hədiyyələr təqdim olunub.

Elçin İSMAYIL

Facebook-da paylaş