• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda vətəndaş amili ön plana çəkilib

Qazaxda vətəndaş amili ön plana çəkilib
Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda vətəndaş amili ön plana çəkilmiş, vətəndaşa göstərilən diqqət və qayğı ən yüksək səviyyəyə çatdırılmışdır. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən əhali ilə sıx ünsiyyətdə olur, onların problem və qayğıları ilə maraqlanır, mütəmadi olaraq sakinlərlə görüşlər keçirir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, İcra Başçısına müraciət edən hər bir insan ondan razı halda ayrılır, qəlbində böyük inam hissləri yaranır.

Respublika Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə vətəndaşlara diqqət və qayğı ilə yanaşılır. İcra Başçısı həmişə vətəndaşlarla bir yerdədir. Rayon rəhbərinin rəsmi qəbul günü artıq rəmzi xarakter daşıyır. Çünki Rəcəb Babaşov rayon sakinlərini hər gün, hər saatda, hər yerdə qəbul edir və dinləyir.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov işinin çox olmasına və iş saatının bitməsinə baxmayaraq axşam saatlarında vətəndaşları qəbul edib. Şəhər sakini Mirəli Kosayev oğlunun işlə təmin olunması ilə əlaqədar rayon rəhbərliyinin qəbulunda olub. Diqqətlə dinlədikdən sonra İcra Başçısı müraciət edən vətəndaşın oğlunun sənədlərinin qəbul edilməsini və işlə təmin olunması üçün baxılmasını tapşırıb.
Qazaxda vətəndaş amili ön plana çəkilib
Şəhər sakini Nəcibə Adıgözəlova isə çalışdığı müəssisədə özü ilə bağlı yaranmış vəziyyətlə əlaqədar narazılığını bildirib. Rayon rəhbərliyi vəziyyətin yerində araşdırılması və vətəndaşı çalışdığı müəssisənin rəhbərliyi ilə birlikdə sabah qəbul edəcəyi barədə göstəriş verib.

Daş Salahlı kənd sakini Mustafa Mahmudov isə heç bir narazılığının olmadığını və minnətdarlıq etməyə gəldiyini bildirib. Qeyd edib ki, yaşadığı kənddə rayon rəhbərliyi tərəfindən görülən işlər saysız-hesabsızdır. Son 1 il yarım vaxt ərzində yüksək səviyyədə tikinti-quruculuq işləri görülüb. Bunun nəticəsidir ki, indi kəndimiz sanki şəhərə çevrilib. Bütün bunlara görə rayon rəhbərliyinə kənd sakinləri, ağsaqqallar adından öz dərin minnətdarlığını bildirib, səmimi sözlərini çatdırıb.
Qazaxda vətəndaş amili ön plana çəkilib
Vətəndaşı diqqətlə dinlədikdən sonra Rəcəb Babaşov səmimi sözlərə görə kənd ağsaqqalına təşəkkürünü bildirib və qeyd edib ki, dediyiniz sözlər bir İcra Başçısı kimi mənim məsuliyyətimi daha da artırır. Ona görə də indən sonra rayonumuzda həyata keçirilən tikinti-quruculuq işlərinin sürəti və coğrafiyası daha da artacaq və Qazax respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevriləcəkdir. Düzdür, rayonumuzda çox işlər görülüb, amma bizi qabaqda daha böyük işlər, layihələr gözləyir.

Elçin İSMAYIL

Qazaxda vətəndaş amili ön plana çəkilib
Qazaxda vətəndaş amili ön plana çəkilib
Qazaxda vətəndaş amili ön plana çəkilib
Qazaxda vətəndaş amili ön plana çəkilib
Qazaxda vətəndaş amili ön plana çəkilib


Facebook-da paylaş