Qazax sahibkarlar üçün əlverişli rayondur » Göyəzən internet portalı


Qazax sahibkarlar üçün əlverişli rayondur

Qazax sahibkarlar üçün əlverişli rayondur
Respublikamızda sahibkarlığın inkişaf etdirilməsinə, bu sahənin tərəqqi tempinin daha da artırılmasına Ölkə Başçısı tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş imkanlar açmışdır. Ölkə başçısının göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Qazax rayonu da sahibkarlığın inkişafı üçün olduqca əlverişli rayondur.

Qazax rayonunda sahibkarlığın rolunun gücləndirilməsinin, bu istiqamətdə göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, sahibkarlıq daha geniş vüsət almışdır. Yaradılan belə bir sağlam mühit və şəffaflıq sayəsində bu sahədə rayonda mühüm və əhəmiyyətli addımlar atılıb və bu proses yüksələn templə davam etməkdədir.

Rayonun II Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən görülən genişmiqyaslı işlər Qazaxda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə daha bir nümunədir. Kənd təsərrüfatı məhsullarının əkini, biçini və istehsalı ilə məşğul olan cəmiyyət tərəfindən bu sahənin inkişafı üçün 12 milyon manat investisiya qoyulması nəzərdə tutulmuşdur.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “İnvestel GROUP” MMC tərəfindən II Şıxlı kəndində tikilən müəssisədə olub. Yeni yaradılan müəssisə tərəfindən həyata keçirilən və gələcəkdə görüləcək işlərlə maraqlanıb.
Qazax sahibkarlar üçün əlverişli rayondur
İcra Başçısı ilkin olaraq Xram çayı üzərində inşa edilən 3 pilləli nasos stansiya tikintisi ilə tanış olub. Məlumat verilib ki, əkin sahələrinin suvarılması üçün 13,5 km uzunluğunda su xətti çəkilir. Su xəttinin çəkilişində diametri 520 mm olan dəmir metal borulardan istifadə olunur. Birinci pillədə 3 ədəd nasos olacaqdır. İkinci pillədə nasosxana vasitəsilə suvarılan ərazilərə su veriləcəkdir.

Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzunun inşası davam etdirilir. Bununla yanaşı sahələrdə ümumi uzunluğu 17 km olan diametri 315 və 225 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi də davam etdirilir. 900 hektar sahənin suvarılması üçün damlama və çiləmə sistemlərinin quraşdırılmasına hazırlıq işləri aparılır.

Sonra Rəcəb Babaşov cəmiyyət tərəfindən istifadəsində olan ərazidə 1600 kv.metr olan eni 16 metr, uzunluğu isə 90 metr olan böyük anbara baxıb. Burada istehsal ediləcək məhsullar və kənd təsərrüfatı texnikaları saxlanılır. MMC bu il 788 hektar ərazidə taxıl əkmiş və yüksək məhsuldarlıq əldə etmişdir. Yığılan məhsullar bu anbara toplanmışdır.

Aqrolizinq ASC-dən Türkiyənin Karataş firmasına məxsus özü yığılan və hər biri 500 metr uzunluğunda olan suvarma şlanqları alınmışdır.

Məlumat verilib ki, ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün 5,3 km uzunluğunda elektrik xəttinin çəkilişi davam etdirilir. Bu istiqamətdə xeyli işlər görülmüş və transformatorlar alınmışdır.

İcra Başçısı MMC tərəfindən inşa edilmiş su anbarlarının tikintisi ilə də tanış olub. Burada işlər demək olar ki, başa çatmaq üzrədir. Eyni zamanda, tutumu 2160 ton olan soyuducu anbarın tikintisi də həyata keçiriləcəkdir.

Cəmiyyət Bakı-Qazax magistral yolunun kənarında ofis binası inşa etməyi də nəzərdə tutub. Bu məqsədlə həmin ərazidə 0,80 hektar torpaq sahəsi ayrılıb. Həmin yerdə sahəsi 300 kvadratmetr olan iki mərtəbəli ofis binası tikiləcəkdir.

Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir sahibkarlıq obyekti ilə də tanış olub. Bu məqsədlə “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavoduna gəlib. İcra Başçısına məlumat verilib ki, zavodun ərazisi 1,5 hektardır. Bunun 2100 kv.metri örtülü sahədir ki, burada məhsul istehsal ediləcəkdir. Hazırda zavodun həm dam hissəsində işlər görülür, həm də rəngləmə və digər tikinti işləri həyata keçirilir.

Elçin İSMAYIL

Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur


Facebook-da paylaş