“Qazaxın sərhəd kəndləri daima diqqət mərkəzindədir” » Göyəzən internet portalı


“Qazaxın sərhəd kəndləri daima diqqət mərkəzindədir”

Bu sözləri Məzəm və Quşçu Ayrım kəndlərində olan qonaqlara sakinlər söyləmişdir


“Qazaxın sərhəd kəndləri daima diqqət mərkəzindədir”
Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daima diqqət mərkəzindədir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında bir isti münasibət, bir doğmalıq yaranmışdır. Təsadüfi deyildir ki, istər Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərinin, istərsə də Böyük və Bala Cəfərli kəndlərinin sakinləri Rəcəb Babaşovu öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki İcra Başçısı mütəmadi olaraq, daha dəqiq desək, demək olar ki, hər həftə sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir. Ona görə də qısa müddətdə kənd sakinləri ilə doğmalaşmışdır.

“Qazaxın sərhəd kəndləri daima diqqət mərkəzindədir”
Qazaxa gələn elə bir qonaq tapmaq olmaz ki, İcra Başçısı ilə sərhəd kəndlərinə getməmiş olsun. Bu gün rayonumuza gəlmiş qonaqlar da sərhəd bölgəsində olmuşdur. Milli Məclisin deputatı Kamran Nəbizadə, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, sərbəst güləş üzrə Azərbaycan Yığma Komandasının böyük məşqçisi Firdovsi Umudov, “Bələdiyyə” təşviqat qrupunun vəkili Nihat Allahyarlı rayonun sərhəd kəndlərində - Məzəm və Quşçu Ayrım kəndlərində sakinlərlə görüşmüşlər.

“Qazaxın sərhəd kəndləri daima diqqət mərkəzindədir”
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qonaqlara qısa müddət ərzində bu kəndlərdə görülən işlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Məzəmdə sakinlərin təhlükəsizliyini təmin etmək üçün istinad divarları çəkilmişdir. 700 metr uzunluğunda, 3 metr hündürlüyündə olan bu divarlar əhalinin təhlükəsizliyini tam təmin edir. İndi məzəmlilər öz evlərində, öz həyət-bacalarında asudə və rahat yaşaya bilirlər.

“Qazaxın sərhəd kəndləri daima diqqət mərkəzindədir”
Sonra qonaqlar evlərin qarşısına çəkilmiş istinad divarlarına baxmış, yerli sakinlərlə söhbət etmişlər. Sakinlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nə olduğunu indi bildiklərindən söz açmışlar. Qeyd etmişlər ki, “Rəcəb müəllimin diqqət və qayğısı sayəsində biz bu gün kənddə yaşaya bilirik. Ən başlıcası isə odur ki, bizim ona böyük inamımız var”.

“Qazaxın sərhəd kəndləri daima diqqət mərkəzindədir”
Düşmənin beş addımlığında yerləşən Quşçu Ayrım kəndinin sakinləri də rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. “İndiyə qədər çəkdiyimiz ağrı-acıları bizə Rəcəb müəllim unutdurdu”- dedilər. “Onun sayəsində biz bu gün kənddə dayanıb təsərrüfat işləri ilə məşğul ola bilirik” – söylədilər. Sakinlər işıq, qaz, yol sarıdan heç bir problem yaşamadıqlarını bildirərək son vaxtlar kənddə görülən işlərdən də söz açdılar. Dedilər ki, kəndin bulağı əsaslı şəkildə yenidən qurulur. Evlərin pəncərələrinin hörülməsinə başlanılmışdır. Bulağa gedən yol hamarlanmış və xırlanmışdır. Bunları söylədikdən sonra “Allah köməyi olsun, başqa problemimiz yoxdu” - dedilər.

Söhbət zamanı sakinlər qonaqları maraqlandıran suallara da cavab verdilər. Görüş çox mehriban və səmimi şəkildə başa çatdı

Elçin İSMAYIL


Facebook-da paylaş