Qazaxda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub » Göyəzən internet portalı


Qazaxda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Qazaxda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Bu gün Qazax rayonunda ədliyyə işçiləri öz peşə bayramlarını qeyd ediblər.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.

Sonra Qazax rayon Məhkəməsində peşə bayramı ilə əlaqədar yığıncaq keçirilib.
Qazaxda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax rayon Məhkəməsinin kollektivini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək ən xoş arzularını bildirib. Qeyd edib ki, 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsis edilib. Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə həmin gün əsas götürülərək 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Bildirib ki, gələn il 100 illiyini qeyd edəcək Azərbaycan ədliyyəsi bu müddət ərzində uzun və şərəfli bir yol qət edib.

Qazax rayon Məhkəməsinin hakimi Ağarza Səmədov çıxış edərək rəhbərlik etdiyi kollektivi peşə bayramı münasibətilə təbrik edib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ədliyyə işçilərinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qazaxda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tədbirdə Qazax rayon Məhkəməsində böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsində çalışan Fəridə Orucova Qazax rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Qazaxda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
GOYEZEN.AZ


Facebook-da paylaş