• Təqvim

  • Unutma

  • Maraq



Poylu arxı yaxın günlərdə təmizlənəcək

Poylu arxı yaxın günlərdə təmizlənəcək
Şəhərin mərkəzi hissəsindən keçən Poylu arxı adlanan su kanalı təqribən 100 il bundan əvvəl çəkilib. Vaxtilə şəhər sakinlərinin suya olan tələbatını ödəmək və sel olduğu halda onu ötürmək məqsədilə çəkilmiş bu arx sonradan öz funksiyasını dəyişmiş, çirkab suların və kanalizasiyanın axıdılması məqsədilə istifadə olunmuşdur. Üstəlik arx boyunca olan mühafizə zolaqları arxın kənarında yaşayan insanlar tərəfindən zəbt olunmuş və onu təmizləmək üçün lazım olan texnikanın belə işləməsinə sahə qalmamışdır. Son nəticədə arx get-gedə dolmuş və su evlərə, həyətlərə dolmağa başlamışdır.

Artıq neçə illərdir ki, uzunluğu 6 km olan Poylu arxı bir problem olaraq qalır və bu, onun kənarında yaşayan şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Vəziyyəti aradan qaldırmaq üçün arxın müəyyən yerlərində təmizlik işləri görülməsinə baxmayaraq məsələ öz köklü həllini tapmamışdır.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu problemlə yerində tanış olmuş, mövcud vəziyyəti mütəxəssislərlə araşdırmışdır. Arxın bir neçə yerinə baş çəkmiş, çıxış yolları axtarılmışdır. Belə qərara alınmışdır ki, Ağstafa çayı hövzəsinə yaxın olan bir neçə yerindən iri diametrli dəmir borular vasitəsilə arxdan çıxış verilsin. Axıdılan su vasitəsilə çirkablar çaya axıdılsın və bu yolla arx təmizlənsin.

İcra Başçısı bu işlərin görülməsi üçün müvafiq tapşırıqlar vermişdir.

Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
Poylu arxı yaxın günlərdə təmizlənəcək
GOYEZEN.AZ


Facebook-da paylaş