Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib » Göyəzən internet portalı

Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib

Qazax rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə partiya fəalları, şura üzvləri, gənclər təşkilatı və qadınlar şurası, idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, mətbuat nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib
Dövlət Himni səsləndikdən sonra tədbirdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov Azərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.
Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə başda partiyanın sədri İlham Əliyev olmaqla bütün partiya üzvlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyevin siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.
Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib
Rəcəb Babaşov bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 25 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır.

YAP Qazax rayon təşkilatının Şura üzvü Abbas Göyüşov, YAP Qazax rayon təşkilatının sədr müavini Səfurə Vəliyeva, YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov çıxış edərək partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında danışıblar.

Şair Kazım Kazımlı yubileyə həsr etdiyi şeiri oxuyub.

Sonra partiya həyatında ictimai-siyasi aktivliyi ilə seçilən bir qrup partiya üzvünə Fəxri Fərmanlar təqdim olunub.

Tədbir bayram süfrəsi ətrafında davam edib. Ansamblın və aşıqların ifasında səslənən musiqi proqramı tədbirə xüsusi gözəllik qatıb.

Elçin İSMAYIL

Facebook-da paylaş