Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər » Göyəzən internet portalı

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər

Prezident İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsi artıq ənənə şəklini alıb. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinin mühüm əhəmiyyəti vardır.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.

Artıq dördüncü ildir ki, keçirilən tur-aksiya zamanı gənclər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar. Məktəblilərin payız tətili ilə əlaqədar şagirdlərin yenidən ölkənin regionlarına səfərləri başlayıb.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Bu gün qazaxlı məktəblilər səhər saatlarında Heydər Əliyev adına parka toplaşıblar. Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş məktəblilərin üzlərində sevinc, təbəssüm var idi. Əyinlərində üzərinə "Qazax" sözləri yazılmış, sinələrinə Qazaxı əks etdirən döş nişanları taxılmış şagirdlər deyib-gülür, tur-aksiya barədə danışırdılar.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Məktəblilər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini yad ediblər. Xatirə şəkilləri çəkdirdikdən sonra tur-aksiya iştirakçıları avtobusa əyləşərək parkdan yola düşüblər.

Rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird noyabrın 11-dən 14-nə kimi Lənkəran, Masallı və Astaranın gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə əyani tanış olacaqdır. Bununla yanaşı məktəblilər rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumat alacaqlar. Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.

Elçin İSMAYIL

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər

Facebook-da paylaş