İsrailin səfiri Qazax rayonunda olub » Göyəzən internet portalı


İsrailin səfiri Qazax rayonunda olub

İsrailin səfiri Qazax rayonunda olub
Bu gün İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Qazax rayonuna səfər edib. Səfərdə nümayəndə heyətinin üzvləri missiya rəhbərinin müavini xanım Avital Rozenberq və Səfirliyin İctimai Diplomatiya Məsələləri üzrə köməkçisi Sahilə Mustafayeva iştirak edib.
İsrailin səfiri Qazax rayonunda olub
Qazax rayon İcra Hakimiyyətində qonaqlar səmimi qarşılandıqdan sonra görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov nümayəndə heyətini salamlayaraq onları Qazaxda görməkdən mənmunluq hissi keçirdiyini bildirib. Qeyd edib ki, bu görüşün ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsində, eləcə də Qazax rayonu ilə olan əlaqələrin genişlənməsində böyük əhəmiyyəti vardır. İki ölkə arasında olan qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açan Rəcəb Babaşov qonaqlara Qazax rayonunun tarixi, işğal olunmuş kəndləri, şəhidləri, iqtisadiyyatı, sənayesi və mədəni həyatı barədə geniş məlumat verərək rayonun dahi şairlər və yazıçılar məkanı olduğunu söyləyib.
İsrailin səfiri Qazax rayonunda olub
Səfir Dan Stav çıxış edərək səmimi qəbula və mehriban qarşılanmaya görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz minnətdarlığını bildirib. Qeyd edib ki, mən ilk dəfədir ki, Qazax rayonunda oluram. Sizin verdiyiniz məlumatdan mən belə anladım ki, Qazaxda kənd təsərrüfatı və sənaye sürətlə inkişaf edir və bunun üçün Sizin rayonda münbit şərait vardır. Ümid edirəm ki, mənim Qazax rayonuna bugünkü səfərim səmərəli olacaq və gələcəkdə öz bəhrəsini verəcəkdir.

Sonra səfir və rayon rəhbərliyi bir-birinə hədiyyələr təqdim ediblər.

Görüş başa çatdıqdan sonra qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub əziz xatirəsini yad ediblər.
İsrailin səfiri Qazax rayonunda olub
Qazax Tarix-Diyarşünaslıq Muzeyində olan qonaqlara rayonumuzun tarixi keçmişi, bu günü, tanınmış elm və incəsənət xadimləri, tarixi abidələri barədə geniş məlumat verilib. Muzeylə yaxından tanış olan səfir Dan Stav burada olan eksponatları yüksək qiymətləndirib və xatirə kitabına öz ürək sözlərini yazıb.

Fəxri qazaxlılar parkı ilə tanışlıq da qonaqlarda xoş təəssürat oyadıb.

Şəhidlər Xiyabanında səfirə rayonumuzun işğal altında olan kəndləri və torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimiz, onların göstərdikləri şücaətlər haqqında məlumat verilib. Qeyd edilib ki, düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunun 5 Milli Qəhrəmanı və 283 şəhidi var. Şəhidlər Xiyabanı ilə tanışlıq zamanı günahsız insanların, xüsusilə də körpə uşaqların qətlə yetirilməsi səfirdə kədər və böyük təəssüf hissi yaradıb.

Cümə məscidində olan qonaqlara ölkəmizdə bütün dinlərə hörmət hissi ilə yanaşıldığı, Azərbaycanda multikultural dəyərlərə çox böyük önəm verildiyi diqqətə çatdırılıb.

Daha sonra səfir Dan Stav və nümayəndə heyəti rayonumuzda fəaliyyət göstərən istehsalat müəssisəsi olan Konserv Zavodunda olub, müəssisənin iş şəraiti və texnologiyası ilə tanış olaraq istehsal olunan məhsulların keyfiyyəti ilə maraqlanıb.

Günün ikinci yarısında isə qonaqlar rayonun Birinci Şıxlı, Aslanbəyli və Daş Salahlı kəndlərində olublar.

Birinci Şıxlı kəndli-fermer təsərrüfatında olan qonaqlara müəssisə haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən müəssisə keçən 1 il müddət ərzində xeyli sayda işlər görüb. Təsərrüfatda olan müasir texnika və həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində əkin sahələri genişləndirilib, bol məhsuldarlıq əldə edilib, yüzlərlə insan işlə təmin olunub.

Aslanbəyli kəndində Hacı Mahmud Əfəndi türbəsini ziyarət edən qonaqlar kəndin, eləcə də ziyarət ocağının tarixi ilə maraqlanıblar.

Daş Salahlı kəndində Damcılı mağarasına baxan səfir Dan Stava bu tarixi abidə haqqında geniş məlumat verilib. Sonra çay süfrəsi ətrafında səmimi söhbət olub.

Səfərin sonunda İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav səmimi qəbula və qonaqpərvərliyə görə bir daha Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz minnətdarlığını bildirib və yaranan bu isti münasibətin gələcəkdə davam etdiriləcəyini qeyd edib.

Elçin İSMAYIL

İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub
İsrailin səfiri Qazax rayonunda olub


Facebook-da paylaş