• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır

Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazax rayonunda bütün sahələrlə yanaşı təhsil sahəsinə də daim diqqət və qayğı göstərilir. Təhsilin keyfiyyətinin artırılması və davamiyyətin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2016-2017-ci tədris ilində işçi qrupunun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır.

2017-2018-ci tədris ilində qarşıya daha böyük vəzifələr qoyulub. Bu vəzifələri həyata keçirmək, daha yüksək nəticələr əldə etmək üçün rayonumuzda təhsil sahəsinə göstərilən diqqət, qayğı və tələbkarlıq daha da artıb.

Bu məqsədlə bu gün Kosalar kəndində tədbir keçirilib. Tədbirdə rayon İcra Aparatının məsul işçiləri, rayon təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, valideynlər, məktəbin müəllimləri, ağsaqqallar və kənd sakinləri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Kosalar kəndində görülmüş işlərdən danışıb. Qeyd edib ki, kəndə asfalt yol çəkilib, 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və bu günlərdə uşaqların istifadəsinə verilib. Artezian quyuları qazılıb. Məktəb binası isə gələn il əsaslı təmir olunması üçün plana salınıb. Bildirib ki, Kosalar kəndi həmişə öz ziyalıları ilə tanınıb. Ona görə də bu gün kənddə təhsilə diqqəti daha da artırmaq lazımdır. Bunun üçün ilk növbədə şagirdlərin dərsə davamiyyəti artırılmalı, müəllim-valideyn və müəllim-şagird münasibətləri yüksək olmalıdır. Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün məktəb rəhbərliyində dəyişiklik aparılmış və təcrübəli müəllim Aybəniz Yusifova direktor əvəzi təyin olunmuşdur. İnanıram ki, onun rəhbərliyi, məktəb kollektivinin və işçi qrupunun köməyi ilə Kosalar kənd tam orta məktəbində təhsilin səviyyəsi yüksələcəkdir.
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Məktəbin direktor əvəzi Aybəniz Yusifova çıxış edərək bildirib ki, məktəbdə bir müddət əvvəl mövcud olan nöqsanlar tamamilə aradan qaldırılıb, şagirdlərin dərsə davamiyyəti artıb. İndi demək olar ki, məktəbdə dərsdən yayınan şagird yoxdur. Müəllim-valideyn və müəllim-şagird münasibətləri də normal hala düşüb.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bərgah Nəsibov öz çıxışında son günlər məktəbdə təlim-tərbiyənin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.

Müəllimlərdən Rayət Əliyev, Kərim Xanmədov, Kamilə Yusifova, Seyran Əsgərova və başqaları çıxış edərək məktəbin əldə etdiyi göstəricilərin artması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər. Təhsilə göstərdiyi diqqət və qayğıya, məktəb kollektivi ilə görüşə gəldiyinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova məktəb kollelktivi adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra İcra Başçısı bir qrup kənd ağsaqqalı ilə görüşüb. Ağsaqqallardan Şahismayıl Məmmədov, Musa Qasımov və başqaları kənddə son 1 il yarım vaxt ərzində görülən işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq dolu ürək sözlərini çatdırıblar. Qeyd ediblər ki, bu gün rayonumuza, eləcə də Kosalar kəndinə göstərilən diqqət və qayğı çox yüksək səviyyədədir. Eyni zamanda bu gün təhsillə bağlı keçirilən görüşün əhəmiyyətini qeyd edərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL

Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır
Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır


Facebook-da paylaş