Dünya kubokunun qalibləri ilə görüş keçirilib » Göyəzən internet portalı


Dünya kubokunun qalibləri ilə görüş keçirilib

Dünya kubokunun qalibləri ilə görüş keçirilib
13-15 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Kyokuşinkay və Ciyutaido idman növləri üzrə kadet, yenieytmələr, gənclər, kişilər və qadınlar arasında Dünya kuboku yarışlarında Azərbaycan yığma komandası 35 nəfər idmançı ilə təmsil olunmuşdur. Yarışda iştirak edən idmançılardan 2 nəfəri Azərbaycan Kyokuşinkay Karate və Ciyutaido Federasiyasının Qazax nümayəndəliyinin yetirmələridir.
Dünya kubokunun qalibləri ilə görüş keçirilib
9-10 və 11-13 yaşlılar arasında təşkil olunmuş yarışda rayonumuzun yetirməsi olan hər iki idmançı - Musayev Cavanşir Ramil oğlu və Mustafayev Məhəmməd Elşən oğlu 30 kq çəki dərəcəsində I yeri və qızıl medalı qazanaraq Dünya kubokunun qalibi adına layiq görülmüşlər.

Bu gün Qazax RİHB Aparatında həmin idmançılarla görüş keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov idmançıları və onların müəllimini səmimi qəlbdən təbrik edərək daha böyük idman nailiyyətləri qazanmağı arzulayıb. Qeyd edib ki, ölkə başçısı İlham Əliyev bu gün respublikamızda idmana və idmançılara çox böyük diqqət və qayğı göstərir. Bu diqqət və qayğıdan ruhlanan rayonumuzun idmançıları nəinki respublika səviyyəli yarışlarda, eləcə də avropa və dünya miqyaslı çempionatlarda qələbələr əldə edirlər. Sizin qazandığınız uğur bunun bariz nümunəsidir.

Sonra Cavanşir Musayev və Məhəmməd Mustafayev yarış barədə öz təəssüratlarından söz açıblar. İdmançıların məşqçisi Anar Daşdəmirov yarış haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan milli yığma komandası 21 dövlətin iştirak etdiyi bu yarışda komanda hesabında I yeri tutub. Rusiya Federasiyası II, Türkiyə isə III yerdə qərarlaşıblar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib idmançıları və məşqçi müəllimi qiymətli hədiyyələrlə mükafatlandırıb.
Görüşün sonunda xatirə şəkli çəkilib.


Elçin İSMAYIL

Dünya kubokunun qalibləri ilə görüş keçirilib
Dünya kubokunun qalibləri ilə görüş keçirilib
Dünya kubokunun qalibləri ilə görüş keçirilib
Dünya kubokunun qalibləri ilə görüş keçirilib
Dünya kubokunun qalibləri ilə görüş keçirilib
Dünya kubokunun qalibləri ilə görüş keçirilib
Dünya kubokunun qalibləri ilə görüş keçirilib


Facebook-da paylaş