Siz, bundan da gözəl şəraitdə yaşamağa layiqsiniz » Göyəzən internet portalı

Siz, bundan da gözəl şəraitdə yaşamağa layiqsiniz

Siz, bundan da gözəl şəraitdə yaşamağa layiqsiniz
Qazax rayonunda aparılan tikinti-quruculuq işləri geniş vüsət almışdır. Təmir və bərpa işləri görülən bir çox binalarda artıq işlər başa çatdırılmış, vaxtilə baxımsızlıq nəticəsində yararsız hala düşmüş yaşayış binaları əsaslı təmirdən sonra öz simasını tamamilə dəyişmişdir. Respublika Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarını Qazaxda layiqincə həyata keçirən rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə kəndlər, eləcə də rayon mərkəzi yeni bir görkəm alır. Qazax respublikamızın ən abad, ən inkişaf etmiş rayonlarından birinə çevrilir.

Bu gün rayon rəhbərliyi təmir işləri başa çatmış binalarda olaraq yerli sakinlərlə görüşüb. İlk öncə İcra Başçısı 60 ailəlik kooperativ binaya baş çəkdi. Burada sakinlər Rəcəb Babaşovu böyük səmimiyyətlə qarşıladılar. Yaşadıqları binada görülmüş əsaaslı təmir işlərindən söz açdılar.

Sakinlərdən Ələsgər Ələsgərov, Nüşabə Kərimova, Qənirə Ələsgərova, Nizami Adıgözəlov, Ramidə Hüseynova, Ülkər Carçıyeva, Nazim Süleymanov və başqaları çıxış edərək ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, “90-cı illərin əvvələrindən burada yaşadıqlarına baxmayaraq heç bir təmir işləri aparılmamış, bina yararsız hala düşmüşdü. Çox sağ olun ki, şəhərdəki başqa binalar kimi bizim binanın da təmir olunması barədə göstəriş verdiniz və biz bu gün sanki yeni bir binada yaşayırıq. Hər tərəf yenilənib, bina başdan-başa yenidən qurulub. Bizə bu sevinci bəxş etdiyinizə görə çox sağ olun”.

Sakinlərin minnətdarlıq dolu çıxışlarını dinlədikdən sonra İcra Başçısı bildirdi ki, bu gün cənab Prezident tərəfindən ölkəmizdə aparılan siyasət xalqımızın xoş, firavan yaşamasına xidmət göstərir. Ona görə də respublikamızın hər yerində, eləcə də Qazax rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir neçə gün bundan əvvəl şəhərin Bakı küçəsi, döngə 2 ünvanında yaşayan, İcra Aparatına məktubla müraciət edən sakinlərlə görüşdü. Şəhər təsərrüfatını idarə edən aidiyyatı təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə İcra Başçısı çıxış edərək görülən işlərdən, həyata keçirilən layihələrdən söz açdı. Qeyd etdi ki, sizin müraciətinizdən sonra vəziyyətlə yerində tanış oldum və sizin yanınızda aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verdim. Qısa bir vaxt ərzində burada vaxtilə olan çatışmazlıqlar aradan qaldırıldı, problemlər öz həllini tapdı.

Sakinlərdən Nofəl Hüseynov, Fəridə Ağakişiyeva, Rəfiqə Əmiraslanova, Hüseyn Əhmədov, İsgəndər Əliyev, Şahin Mustafayev, Esmira Namazova və başqaları söz alaraq onların müraciətlərinə operativ münasibət bildirdiyinə, onlarla görüşə gəldiyinə və çatışmazlıqların aradan qaldırılmasına göstəriş verdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, yaşadıqları küçəyə çınqıl tökülüb hamarlanmış, kanalizasiya xətti təmir olunmuş, yağış sularının qarşısının alınması üçün lazımi işlər görülmüş, bütün çatışmazlıqlar aradan qaldırılmışdır.

Məcburi köçkünlərin məskunlaşdığı “Göy bina” deyilən yaşayış massivində də sakinlər İcra Başçısını böyük səmimiyyətlə qarşıladılar. Burada olan iki çoxmərtəbəli binada əsaslı təmir işləri görülmüş, bina demək olar ki, başdan-başa yenidən qurulmuşdur. Binanın tavanı, döşəməsi, pəncərələri, qapıları yenilənmiş, blok və pilləkənləri təmir olunmuşdur. Bir sözlə, bina öz görkəmini köklü şəkildə tamamilə dəyişmişdir.

Görüşə toplaşan sakinlərin ürəkləri dolu idi. Hər bir adam İcra Başçısına ürəkdolusu minnətdarlıq edir, rayon rəhbərliyinə öz səmimi təşəkkürlərini çatdırırdılar.

Bağanıs Ayrım kənd sakinlərindən Xanım Poladova, Xətayə İmanquluyeva, müharibə veteranı Mais Əsgərov, şəhid anası Qəndab Hüseynova, II qrup əlil Saleh Xasayev, Günay Əsgərova, Nəcibə Adıgözəlova, Yaşar Əsgərov, Yuxarı Əskipara kənd sakini, ağsaqqal Nüsrəddin Hacıyev və başqaları söz alaraq yaşadıqları binaların yüksək səviyyədə təmir olunmasına görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərin minnətdarlıq dolu çıxışlarını səmimi sözlərlə cavablandırdı. Bildirdi ki, fəaliyyətə başladığım ilk gündən məcburi köçkünləri həmişə diqqət mərkəzində saxlamışam. Sizlərə daima qayğı ilə yanaşmışam. Mən həmişə sizin yanınızda olmuşam və bu gün də sizinləyəm. Siz, bundan da gözəl şəraitdə yaşamağa layiqsiniz.

Elçin İSMAYIL

Facebook-da paylaş