• Təqvim

  • Unutma

  • Maraq



Kənd təsərrüfatında işlər sürətlə aparılır

Kənd təsərrüfatında işlər sürətlə aparılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verilən tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da öz genişliyi ilə həyata keçirilir. Bu məqsədlə rayonda əkin sahələri genişləndirilir, yeni kənd təsərrüfatı bitkiləri əkilir.
Kənd təsərrüfatında işlər sürətlə aparılır
Hal-hazırda rayonda gələn ilin məhsulu üçün bünövrə qoyulur, bol məhsul götürməkdən ötrü möhkəm zəmin yaradılır. Havaların əlverişli keçməsi kənd təsərrüfatı işlərinin daha sürətlə aparılmasına təkan vermişdir. Ona görə də rayon üzrə bütün əkinə yararlı sahələrdə şumlama işləri görülür. Bunun üçün kifayət qədər maşın və mexanizm, traktorlar ayrılmışdır. Əvvəlcədən görüləın tədbirlərin nəticəsidir ki, hər gün yeni-yeni sahələr şumlanır, əkin aparılması üçün hazırlanır. Traktorçular gün ərzində nəzərdə tutulduğundan çox sahəni şumlayaraq öhdələrinə düşən tapşırıqları artıqlaması ilə yerinə yetirirlər.
Kənd təsərrüfatında işlər sürətlə aparılır
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində görülən işlərlə taniş olmaq üçün rayonun bir neçə kəndinə baş çəkib. I Şıxlı kəndində olan İcra Başçısı sahələrin şumlanması ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, bu il əkin sahələri daha da genişləndirilib. Ona görə də nəzərdə tutulduğundan xeyli çox sahədə şum qaldırılır. Şum aparılması üçün kifayət qədər texnika ayrılıb. Traktorlarla hər gün nəzərdə tutulduğundan xeyli çox sahənin şumu qaldırılır. Bildirilib ki, işlərin gedişi belə deməyə əsas verir ki, yaxın vaxtlarda payızlıq taxıl əkininə başlanacaqdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olduqdan sonra işlərin daha da sürətləndirilməsini tapşırıb.

Sonra İcra Başçısı rayonun Kosalar kəndinə gələrək tütün sahələrində işlərin gedişi ilə tanış olub. Məlumat verilib ki, 30 hektar sahədən indiyə kimi 22 tondan çox məhsul toplanaraq təhvil verilib. Bildirilib ki, məhsul yığımı daha da sürətləndiriləcək və qarşıya qoyulan vəzifə yerinə yetiriləcəkdir. Bunun üçün sahələrdə kifayət qədər məhsul var.

Rəcəb Babaşov tütünçülərə işlərin sürətini daha da artırmaq üçün tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Kənd təsərrüfatında işlər sürətlə aparılır
Kənd təsərrüfatında işlər sürətlə aparılır
Kənd təsərrüfatında işlər sürətlə aparılır
Kənd təsərrüfatında işlər sürətlə aparılır
Kənd təsərrüfatında işlər sürətlə aparılır
Kənd təsərrüfatında işlər sürətlə aparılır


Facebook-da paylaş