• Təqvim

  • Unutma

  • Maraq

Tikinti-quruculuq işləri yekunlaşmaq üzrədir

Qazax rayonunda geniş vüsət alan tikinti-quruculuq işləri getdikcə daha da sürətlənir. Aparılan abadlıq işlərinin sürəti ilə yanaşı onun keyfiyyətinə, təmirin yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət olunur. Bununla əlaqədar rayon rəhbərliyi mütəmadi olaraq təmir gedən yerlərdə olur, görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Xanlıqlar kəndində əsaslı şəkildə təmir olunan körpələr evi-uşaq bağçasına gələrək aparılan tikinti-quruculuq işlərinin mövcud vəziyyəti ilə yerindəcə tanış olub.

Sonra İcra Başçısı rayon mərkəzi xəstəxanasının, “Azərxalça” ASC Qazax filialının yeni binasında və hərbi şəhərcikdəki beşmərtəbəli binada aparılan tikinti-quruculuq və bərpa işləri ilə maraqlanıb. Görülən işləri yüksək qiymətləndirərək müvafiq tapşırıqlarını verib.

Daha sonra rayon rəhbərliyi yeni inşa olunmuş şəhər 1 saylı körpələr evi-uşaq bağçasına baxıb.

Elçin İSMAYIL

Facebook-da paylaş