Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub » Göyəzən internet portalı


Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub

Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Musayev Aqil Hüseyn oğlunun vəfatından 23 il ötür. Milli Qəhrəmanın ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Şəhidlər qəbiristanlığında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın doğulduğu Aşağı Əskipara kənd sakinləri, RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Ehtiyyatda olan zabitlər” Konfederasiyasının rayon şöbəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov anım tədbirində iştirak etmək üçün Milli Qəhrəmanın uyuduğu Şəhidlər qəbiristanlığına gəlib.
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Aqil Musayevin ruhuna dua oxunduqdan sonra məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Aqil Musayevin keçdiyi döyüş yolundan danışıb. Dövlətimiz tərəfindən şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Vətənin bütövlüyü uğrunda öz canından keçən şəhidlər hər cür hörmət və diqqətə layiqdirlər.
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ehtiyatda olan zabit, şair Mustafa Rasimoğlu öz çıxışlarında rayon rəhbərliyi tərəfindən Şəhidlər Xiyabanlarında aparılan bərpa və abadlıq işlərindən danışıblar. Şəhidlərin ölməzliyindən, onların ən uca zirvəyə yüksəlməsindən söz açaraq şəhidlərimizə həsr etdikləri şeirlərini oxuyublar.

Milli Qəhrəmanın atası Hüseyn Musayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə şəhid ailələri adından, öz adından dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Musayev Aqil Hüseyn oğlu 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur.

1993-cü il mayın 18-də Milli Ordu sıralarına çağırılan A.Musayevin ilk döyüşü Ağdam bölgəsində olmuşdur. O, Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır.

Böyük arzularla yaşayan Aqilin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qazax rayonundakı Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur.

Qazax şəhərində xatirəsinə bulaq var və küçələrdən biri onun adını daşıyır.

Elçin İSMAYIL

Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın anım günü qeyd olunub


Facebook-da paylaş