• Təqvim

  • Unutma

  • Maraq



Müəllim əməyinin bəhrəsi

Müəllim əməyinin bəhrəsi
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi və “Əməkdar müəllim” fəxri adlarının verilməsi haqqında Sərəncam imzalayıb.

3 oktyabr 2017-ci il tarixli sərəncama əsasən Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllimi Hüseynxanova Xatın Zakir qızı Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Şəhər Mehdi Hüseyn adına məktəb-liseyin müəllimi Əliyeva Rahilə Alı qızı isə “Tərəqqi” medalı ilə təltif edilib.

Bu münasibətlə hər iki müəllimi səmimi qəlbdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.

GOYEZEN.AZ



Facebook-da paylaş