“Siz ən böyük diqqət və qayğıya layiqsiniz”
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun məcburi köçkünlərlə keçirdiyi görüşlərdə bu fikirlər səslənmişdir
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən məcburi köçkünlərə daha böyük diqqət və qayğı göstərir, onların qarşılaşdıqları çatışmazlıqları aradan qaldırır. “Siz ən böyük diqqət və qayğıya layiqsiniz” - deyən İcra Başçısı mütəmadi olaraq məcuri köçkünlərlə görüşlər keçirir, daima onların yanında olur. Bunu keçirilən görüşlər zamanı məcburi köçkünlər də öz çıxışlarında dəfələrlə qeyd etmişlər. “Biz indiyə qədər rayon rəhbərliyini görməmişdik, bu qədər diqqət və qayğı ilə təmin olunmamışdıq” - söyləyərək öz minnətdarlıqlarını bildirirlər.
Yol, su, sərhəd bölgəsindəki əhalinin təhlükəsizliyi və digər problemlər artıq öz müsbət həllini tapmışdır. Canalı və Kosalar kəndlərinə asfalt yol çəkilişi başa çatmaq üzrədir. Rayonun ünvanını bildirən Obeliskdə, məşəl və Bayraq Meydanlarında əsaslı işlər görülərək yenidən qurulur. Qazaxbəyli və Ürkməzli kəndlərinə içməli su xətləri çəkilmişdir.
Rayon ərazisindəki şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin evlərində təmir-bərpa və tikinti işləri aparılır. Həmçinin rayon ərazisindəki Şəhidlər Xiyabanlarının əksəriyyəti əsaslı şəkildə təmir olunmuşdur. Bir çoxlarında isə hal-hazırda işlər aparılır. Aprel döyüşlərindəki şəhidlərin xatirəsinə bulaqlar tikilir. Rayonun girişində təyyarə abidə kompleksi inşa olunur. Gördüyümüz işləri sadalamaqla qurtaran deyil. Onların bir çoxları başa çatdırılmış, bəzilərində isə işlər davam etdirilir.
Sonra görüş iştirakçıları söz alaraq öz arzu, təklif və problemlərini dilə gətirdilər. 102 yaşlı el ağsaqqalı Şamil Adıgözəlov onlarla görüşə gəldiyinə görə R.Babaşova qəsəbə sakinləri adından minnətdarlıqlarını bildirdi. Qəsəbə sakinlərindən Zərbəçi Xasayev, Elçin Məhərrəmov, Ramin Tağıyev, İslam Şəmilov, Reyhan İsmayılova, Aygün Bayramova, Yeganə Vəliyeva, Hüseyn Yunisov, Abbas Həsənov, Hüseyn Adıgözəlov və başqaları söz alaraq öz arzu və istəklərini bildirdilər.
Günün növbəti görüşü Xanlıqlar kəndində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində keçirildi. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüş iştirakçılarını salamladıqdan sonra qeyd etdi ki, sizinlə gəlib görüşməyi mən özümə borc bildim. Düzdür, mövcud olan bütün problemlər mənə məlumdur. Lakin mən sizi narahat edən məsələləri sizin öz dilinizdən eşitmək istəyirəm. Bu məqsədlə də bu gün sizin yanınızdayam.
Eyni zamanda qeyd olundu ki, bu yaşayış massivində küçələr yararsız haldadır. İcra Başçısı yerindəcə səhər tezdən bu əraziyə çınqıl daşının tökülməsi və hamarlanması barədə göstəriş verdi. Görüşdə marşurutların pis işləməsi və əhalini təmin etməməsi fikri də səsləndi. Bu çatışmazlığın həlli barədə də İcra Başçısı tərəfindən dərhal tapşırıq verildi. Qaldırılan məsələlərin yerindəcə həll edildiyindən razı qalan məcburi köçkünlər görüşün sonunda rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sakinlərdən Aidə Məmmədova söz alaraq minnətdarlıq etdi. Dedi ki, siz mənim evimə gəldiniz və problemimi həll etdiniz. Görüşdə problemlərdən də söz açıldı.
İcra Başçısı sakinləri diqqətlə dinlədikdən sonra aidiyyatı idarə və müəssisə rəhbərlərinə çatışmazlıqların dərhal aradan qaldırılması barədə ciddi tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun yerli sakinlərlə keçirdiyi görüşlər davam edir.
Elçin İSMAYIL
Facebook-da paylaş