• Təqvim

  • Unutma

  • Maraq



Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər

Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva və sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov Xanlıqlar və Kosalar kəndindən sonra Daş Salahlı kəndinə gəliblər.

Kənddə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, kəndin mərkəzi küçəsindəki bütün evlərin hasarları, darvazaları və su çənləri təmir olunaraq rənglənib. Kəndin ərazisində təmizlik işləri həyata keçirilib.
Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
Qonaqlar kəndin mərkəzində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində aparılan təmir işləri ilə də tanış olublar. Tədbirdə "Qazax Xeyriyyə" İctimai Birliyinin sədri İlham Pirməmmədov da iştirak edib. Məlumat verilib ki, olduqca yarasız hala düşmüş bu abidə rayon rəhbərliyinin tapşırığına əsasən əsaslı şəkildə yenidən qurulur. Abidənin üzəri mərmərlə örtülür. Ətrafına tamet daşı döşənir. Lazım gələn digər təmir-bərpa işləri də görülür və görülməsi nəzərdə tutulub. Abidənin yaxın vaxtlarda yüksək səviyyədə əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcəyi bildirilib.
Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
Aparılan təmir-tikinti işləri ilə tanış olduqdan sonra qonaqlar sakinlərlə görüş keçirərək onların arzu və istəklərini dinləyiblər.

Şəhid anası Sürəyya Cəbiyeva çıxış edərək şəhidlərə, onların ailələrinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq edib. Qeyd edib ki, sizin biz şəhid ailələrinə verdiyiniz dəyər bizim ürəyimizi dağa döndərir.

Kənd sakinlərindən Valodya Qurbanov, Fəxrəddin Mancanov. Kərəm Əsgərov, Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova söz alaraq son günlər kəndin simasının başdan-başa dəyişdiyini qeyd edib və öz dərin minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edərək sakinlər tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşıldığını bildirib. Qeyd edib ki, problemlərə həssalıqla yanaşılır və tədricən öz həllini tapır. Bu da son nəticədə həm kəndin simasının dəyişməsinə, həm də əhalinin sosial rifah halının yaxşılaşmasına gətirib çıxarır.

Sonra kənddə əsaslı şəkildə təmir olunmuş 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları ilə tanış olan qonaqlara burada əsaslı şəkildə aparılmış təmir işləri barədə məlumat verilib. Bağça binaları ilə tanış olan qonaqlar həyata keçirilən işləri yüksək qiymətləndiriblər.

Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
Milli Məclisin deputatları Daş Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər
GOYEZEN.AZ


Facebook-da paylaş