Milli Məclisin deputatları Kosalar kəndində olublar » Göyəzən internet portalı


Milli Məclisin deputatları Kosalar kəndində olublar

Milli Məclisin deputatları Kosalar kəndində olublar
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva və sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov Kosalar kəndindəki bağçada aparılan təmir işləri tanış olublar.

Qonaqlara məlumat verilib ki, rayon rəhbərliyinin göstərişinə əsasən əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki bağça binası olduqca yararsız halda idi. 3 briqad
anın çalışdığı binada dam örtüyü tamamilə yenilənib, daxili və xarici fasad hissələrində aparılan suvaq işləri yekunlaşıb. Lazım gələn yerlərdə hörgü işləri də görülüb. Binaya daxil olmaq üçün pilləkan düzəldilib. Otaqlar və foye başdan-başa suvanaraq müasir görkəmə salınıb. Bundan əlavə 4 otağın və foyenin döşəmə hissəsinə beton tökülərək laminat vurulması üçün hazırlanıb. Binada olan bütün qapılar dəyişdirilərək yeni plastik qapılarla əvəz olunub. Binada kanalizasiya sistemi quraşdırılıb və 2 ayaqyolu da tikilib. Eyni zamanda 2 mətbəx də düzəldilib. Binada əsas işlər demək olar ki, başa çatdırılıb. Yaxın günlərdə rəngləmə işlərinə başlanılacaqdır. Eyni zamanda bağça müasir istilik sistemi ilə də təmin olunacaqdır. Məlumat verilib ki, kənddə fəaliyyət göstərən 3 bağçadan 2-si bu binada yerləşəcəkdir.

İcra Başçısı və deputatlar bağçada aparılan təmir işləri ilə tanış olduqdan sonra sakinlərlə görüşüblər.

3 saylı körpələr evi-uşaq bağçasının müdiri Tünzalə Xəlilova, 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Aynur Əliyeva, bağçanın işçilərindən Amalya Hüseynova, Dürrə Süleymanova, valideynlərdən Rübabə Hüseynova, Gülər Musayeva çıxış edərək körpələr üçün belə yüksək şərait yaratdığına görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, təmir edildikdən sonra bizim kəndimizin uşaqları da yüksək səviyyəli şəraiti olan bağçada təlim-tərbiyə alacaqlar.
Milli Məclisin deputatları Kosalar kəndində olublar
İcra Başçısı Rəcəb Babaşov çıxış edənləri diqqətlə dinlədikdən sonra bildirib ki, bütün sahələrlə yanaşı, uşaqlara da diqqət və qayğı ilə yanaşılmalıdır. Çalışırıq ki, bu sahədə olan problemləri aradan qaldıraq. Ona görə də kəndlərimizdə olan bağçaları tədricən əsaslı şəkildə təmir etdirir və onları yüksək səviyyəyə çatdırırıq.

Sonra rayon rəhbərliyi və qonaqlar Kosalar kəndində yaradılmış Qazax gənclər futbol klubunun üzvləri ilə görüşüblər. Komandanın təşkilatçısı Rayət Əliyev məlumat verərək bildirib ki, 14 yaşlı uşaqlardan ibarət futbol komandası AFFA-nın qeydiyyatından keçib. R.Əliyev komandanın futbolçularını bir neçə dəst geyim formaları, çoxlu sayda toplarla və digər ləvazimatlarla təmin etdiyinə görə komandanın üzvləri adından İcra Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.

Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə və sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıblar. Komandanın üzvlərinə idmanla daha ciddi məşğul olmağı və nailiyyətlər qazanmağı tövsiyə ediblər.

İcra Başçısı Rəcəb Babaşov gənc futbolçulara bundan sonra da lazım gələn diqqət və qayğısını əsirgəməyəcəyini, komandanın üzvlərinə hər cür dəstək göstərəcəyini bildirib.

Görüş başa çatdıqdan sonra İcra Başçısı və qonaqlar İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin idman zalı ilə də tanış olublar. Uşaq Gənclər İdman Məktəbinin müəllimi Tarıyel Nəsibov məlumat verərək bildirib ki, bu zalda xeyli sayda gənc idmanın sərbəst güləş növü ilə məşğul olur. Lakin göründüyü kimi burada şərait heç də ürəkaçan deyil. İdman zalının əsaslı təmirə və idman ləvazimatlarına ehtiyacı var.

Rayon rəhbərliyi yaxın günlərdə bu məsələyə baxılacağını və təmir işlərinə başlanılacağını bildirib.

Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
Milli Məclisin deputatları Kosalar kəndində olublar
GOYEZEN.AZ


Facebook-da paylaş