Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub » Göyəzən internet portalı


Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub

Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
BDU-nun Qazax filialında 15 sentyabr Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, RİHB aparatının məsul işçiləri, müəllim-tələbə kollektivi və KİV nümayəndələri iştirak edib.

Qonaqları filialın tələbələri gül dəstələri ilə qarşılayıblar. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Dövlət Himni səsləndikdən sonra BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev tədbiri giriş sözü ilə açaraq müəllim və tələbə heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Gündən-günə inkişaf edən təhsilimizin maddi-texniki bazası gücləndirilir, savadlı kadrların hazırlanmasında dövlət tərəfindən hər cür şərait yaradılır. Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Yeni tədris ilində filialın tədris binası əsaslı şəkildə təmir olunmuş, müəllim və tələbələr üçün yüksək şərait yaradılmışdır. Bunun nəticəsidir ki, filialı seçən tələbələrin sayı durmadan artır. Əgər ötən tədris ilində filiala 138 tələbə daxil olmuşdusa, sevindirici haldır ki, bu rəqəm 2017-2018-ci tədris ilində artaraq 390-a çatmışdır. Həmin tələbələrdən 146-sı ixtisas seçimində birinci, 70-i ikinci və ya üçüncü yerdə BDU-nun Qazax filialını göstərmişdir. Bu gün BDU-nun Qazax filialına qəbul olan tələbələrdən 76-sı Qazax rayonundan, 46-sı Bakı şəhərindən, 28-i Ağstafa, 26-sı Tovuz, 19-u Gəncə şəhər və digər rayonlardandır.
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıb. Bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən ulu öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Mən əminəm ki, siz gənclər də göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək öz bilik və bacarıqlarınızı, əldə etdiyiniz nailiyyətləri hər zaman artıracaqsınız. Bu işdə hər birinizə uğurlar arzu edirəm.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun yeni dərs ilinin başlanması münasibətilə filialın kollektivinə göndərdiyi təbrik məktubunu filialın tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev oxuyub.
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva çıxış edərək filialın müəllim-tələbə kollektivini təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcəkdə layiqli ixtisaslı mütəxəssislər kimi yetişməyi arzulayıblar.
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
BDU-nun Qazax filialında riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov çıxış edərək söylənən təbriklərə qoşulub və filialda təhsil almaq üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
586 balla tələbə adını qazanmış, riyaziyyat və informatika fakültəsinin I kurs tələbəsi Səbinə Camalova çıxış edərək tələbə yoldaşlarını Bilik Günü münasibətilə təbrik edib.
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Tələbə Nərmin Qurbanovanın babası Fərman İsmayılov söz alaraq filialın direktoru Vüsət Əfəndiyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova tələbələrə göstərdikləri diqqət və qayğıya görə bütün valideynlər adından öz dərin minnətdarlığını bildirib.
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Tədbirdə I kursa ən yüksək balla daxil olan tələbələrə tələbə bileti təqdim olunduqdan sonra qonaqlar filialla, burada aparılan abadlıq işləri ilə tanış olublar.

Elçin İSMAYIL


Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr Bilik Günü qeyd olunub


Facebook-da paylaş