Şəhid Elvin Namazovun ad günü qeyd olunmuşdur
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək Elvinin keçdiyi şanlı döyüş yolundan, onun mübarizliyindən, Azərbaycan Silahlı Qüvvələrinin Elvin kimi igidlərin sayəsində aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr endirməsindən danışmışdır. Bildirmişdir ki, Elvinin keçdiyi döyüş yolu bir nümunədir. Onun xatirəsinə şəhərin H.Əliyev prospektində bulaq inşa olunmuşdur.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Xanqulu Süleymanov, AYB Qazax zona filialının sədri Barat Vüsal, rayon hərbi komissarı Vüqar Mirzəyev, polis şobəsinin rəisi Natiq Həsənov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, silahlı qüvvələrin ehtiyatda olan zabitlər Konfederasiyasının Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, hərbiçilər və başqaları çıxış edərək bildirmişlər ki, Elvinin xatirəsi həmişə əziz tutulacaq, ailə üzvləri daim dövlətin və insanlarımızın diqqətində olacaqdır.
Daha sonra şəhidin ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.
Elçin İSMAYIL
Facebook-da paylaş