• Təqvim

  • Unutma

  • Maraq



Harda problem varsa mən ordayam

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun Hüseynbəyli kəndinin sakinləri ilə görüşündə bu fikir səslənib


Harda problem varsa mən ordayam
Hüseynbəyli kəndinin bir qrup sakini bu gün Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun qəbulunda olan zaman yaşadıqları ərazidə içməli su sarıdan problem yaşadıqlarını bildirdilər. Qeyd etdilər ki, son günlər təqribən 20 ailə üçün su qıtlığı yaranıb. Sakinlər rayon rəhbərliyindən bu çatışmazlığı həll etməyi xahiş etdilər. Rəcəb Babaşov sakinlərə bu gün kəndə gəlib problemlə yerində tanış olacağını bildirdi.

İş qrafikinin gərgin olmasına və iş vaxtının başa çatmasına baxmayaraq R.Babaşov axşam Hüseynbəyli kəndinə gəldi. Məsələ qaldıran kənd sakinləri ilə yaşadıqları ərazidə görüşərək bir-bir onları dinlədi. İnsanların qaldırdıqları məsələni yerində araşdırdı, mövcud vəziyyətlə yerindəcə tanış oldu. Kənd sakinlərindən Əsəd Mahmudov, Novruz Alıcanov, Mahirə Abbasova və başqaları söz alaraq kəndə asfalt yolun çəkilməsinə görə ölkə başçısına, rayon rəhbərliyinə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildirdilər. Eyni zamanda yaşadıqları ərazidə yaranmış su qıtlığından da söz açdılar. Sakinlər enerjidə gərginliyin az olmasını, telefon xətlərində bir sıra çatışmazlıqların olduğunu da qeyd etdilər.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sakinləri dinlədikdən sonra aidiyyatı idarələrin rəhbərlərinə elə oradaca göstəriş verərək mövcud problemin təcili olaraq aradan qaldırılmasını tapşırdı. Qeyd etdi ki, harda problem varsa, mən ordayam. Ona görə də çatışmazlıqları deməkdən çəkinməyin.

Sonda sakinlər axşam olmasına baxmayaraq vaxt tapıb kəndə gəldiyinə, onların qaldırdıqları məsələyə operativ reaksiya verdiyinə, problemlə yerində tanış olduğuna və onun həlli istiqamətində konkret göstəriş verdiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Elçin İSMAYIL

Harda problem varsa mən ordayam
Harda problem varsa mən ordayam
Harda problem varsa mən ordayam
Harda problem varsa mən ordayam
Harda problem varsa mən ordayam


Facebook-da paylaş