Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır » Göyəzən internet portalı


Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır

Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və  qardaşlığa dəvət edən bir bayramdır
İslam dininin iki böyük bayramı var - Ramazan və Qurban bayramları. Qurban bayramı Həzrəti İbrahim peyğəmbərin yuxuda aldığı ilahi vəhyə əsasən öz oğlu İsmayılı Mina vadisinə gətirib Allah yolunda qurban kəsmək cəhdi ilə bağlıdır. Qonaqpərvərlik, başqalarının halına yanma, rəhmlilik, xeyriyyəçilik, kimsəsizlərə baş çəkmək, dərdə şərik çıxmaq, xalqımızın sahib olduğu mənəvi zənginliklərdəndir.
Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və  qardaşlığa dəvət edən bir bayramdır
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini vurğulamışdır.
Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və  qardaşlığa dəvət edən bir bayramdır
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də son 14 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və  qardaşlığa dəvət edən bir bayramdır
Ölkə Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu müqəddəs bayramı belə xarakterizə etmişdir: “İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər”.

Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri və qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu münasibətlə, ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da Müqəddəs Qurban bayramına xüsusi hazırlıq işləri aparılmış və böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlar kəsilmiş, rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, Qarabağ Müharibəsi Əlillərinə və Veteranlarına, bütün aztəminatlı ailələrə evlərində qurban payları verilmişdir. Rayonda xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənmiş, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunmuşdur.
Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və  qardaşlığa dəvət edən bir bayramdır
Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır.

GOYEZEN.AZ


Facebook-da paylaş