“Siz həmişə xalqın arasında olursunuz” » Göyəzən internet portalı


“Siz həmişə xalqın arasında olursunuz”

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə sakinlərlə keçirdiyi görüşdə bu fikir səslənib


“Siz həmişə xalqın arasında olursunuz”
Bu gün Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov iş saatının sonu olmasına baxmayaraq Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə olub, burada məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Görüşə toplaşanlar icra başçısını böyük səmimiyyətlə, ən yaxın və ən doğma insan kimi qarşılayıblar.
“Siz həmişə xalqın arasında olursunuz”
Görüşdə RİHB Aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak edib.

R.Babaşov çıxış edərək bildirib ki, xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək mənim iş fəaliyyətimin əsas prinsiplərindən biridir. Məqsədim problemləri yerində öyrənmək, onların həlli istiqamətində konkret işlər görməkdir. Düzdür, vaxtilə rayonda problemlər olmuşdur və onlar zaman-zaman aradan qaldırılmışdır. Bu gün hamınıza məlumdur ki, “Göy bina” deyilən yaşayış massivində və məcburi köçkünlərin yerləşdiyi digər yerlərdə olan problemlər artıq öz həllini tapmışdır.

Bu gün növbəti dəfə sizinlə görüşməyimin məqsədi sizi narahat edən məsələləri elə sizin öz dilinizdən eşitmək və onları aradan qaldırmaqdır. Bildiyiniz kimi rayonumuzda tikinti-quruculuq işləri sürətlə davam edir. Yeni iş yerləri yaradılır. Kənd təsərrüfatının bütün sahələrində yüksək məhsuldarlıq əldə olunub. Bir sözlə, rayonumuzda bütün sahələrin inkişaf etməsi üçün sağlam mühit yaradılıb və bu istiqamətdə geniş imkanlar açılıb.
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
Bağanıs Ayrım kənd ibtidai məktəbin direktoru Əsgər Hüseynov, Barxudarlı kənd sakini Hüseyn Yunisov, Yuxarı Əskipara kənd sakinlərindən Nüsrəddin Hacıyev, Mehriban Qasımaova, Hacıkərim Hüseynov, Gülər Əhmədova, Fazilə Mahmudova, Aşağı Əskipara kənd sakini Furont Əsgərov, Bağanıs Ayrım kənd sakinlərindən Şamil Adıgözəlov, Cavanşir Əliyev, Türkan Adıgözəlova və başqaları söz alaraq məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd ediblər ki, bu gün rayonda sağlam mühit, əmək intizamı, şəffaflıq yaranıb. Hamı öz sözünü deyə bilir. Bu da ondan irəli gəlir ki, siz icra başçısı kimi həmişə xalqın arasında olursunuz. Sizin bizim qəsəbəyə gəlişinizin artıq sayı-hesabı bilinmir. Çıxış edənlər minnətdarlıqla yanaşı öz arzu və istəklərini də bildiriblər.

R.Babaşov sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində lazımi tapşırıq və tövsiyələrini verib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşün sonunda qəsəbə sakinlərini qarşıdan gələn Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara ən xoş arzularını bildirib.

Elçin İSMAYIL

“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”
“Siz həmişə xalqın arasında olursunuz”


Facebook-da paylaş