• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir

Qazaxda rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir
Qazax rayonunda digər sahələrlə yanaşı, sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çox sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun diqqət və qayğısı ilə yeni səhiyyə ocağının tikintisi sürətlə aparılır. Hazırda ən müasir tələblərə cavab verəcək səhiyyə ocağının 3 korpusunda beton işləri artıq başa çatıb. Beton işləri başa çatan 3 mərtəbədən ibarət həmin korpuslarda kərpiclə arakəsmələr və xarici divarlar hörülür. Eyni zamanda burada suvaq işləri də aparılır.
Qazaxda rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir
İnşaatçılar daha 2 korpusun tikintisinə də hazırlıq görürlər. Həmin korpuslarda dəmirçi və qəlib işlərinə başlanılıb. Yaxın günlərdə buraya da beton töküləcəkdir.
Qazaxda rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir
Tikilən 145 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, nevrologiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcəkdir.

GOYEZEN.AZ



Facebook-da paylaş