Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub » Göyəzən internet portalı


Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub

Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Qazaxda Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub.

Bununla əlaqədar Qazax rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə ziyalılar, ağsaqqallar, şairlər, poeziyasevərlər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

“Fəxri qazaxlılar” parkında keçirilən tədbirdə iştirakçılar M.Dilbazinin parkdakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Sonra Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq M.Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Bildirib ki, bu gün 105 illiyini qeyd etdiyimiz M.Dilbazi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində öz dəsti-xətti, öz sözü olan sənətkarlardandır. Poeziyamızda silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa sevdirmiş, əsərləri öz layiqli qiymətini almışdır. Bunun nəticəsidir ki, M.Dilbazi yaradıcı qadınlar arasında ilk dəfə “Respublikanın xalq şairi” fəxri adına layiq görülmüşdür. Bu, ulu öndər Heydər Əliyev tərəfindən şairənin yaradıcılığına verilən ən böyük qiymətdir.
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Tədbirin aparıcısı AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək M.Dilbazinin ədəbiyyatımızdakı xidmətlərindən söz açıb.
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Qeyd edib ki, M.Dilbazi öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Bunun nəticəsidir ki, onun şeirləri bu gün də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairin qohumu Zaməddin Ziyadoğlu, Xanlıqlar kənd tam orta məktəbin müəllimi İlhamə Allahverdiyeva, M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin müəllimi Vilayət Rüstəmov şairənin yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini söyləyiblər.

Tədbirdə iştirak edən şairlərdən İbrahim İlyaslı, Tamella Poladlı, Mübariz Qaragözlü, Məzahir Yaqub, Kazım Kazımlı, Elnur Süleymanlı, Səhlədar Hidayətoğlu, İlham Mansurlu öz yeni şeirlərini oxuyublar.
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Axırda M.Dilbazi adına Cəfərli kənd və Xanlıqlar kənd tam orta məktəblərin şagirdlərinin ifasında M.Dilbazinin şeirləri səslənib, görkəmli söz ustasının zəngin yaradıcılığı şeirlərin dili ilə bir daha poeziyasevərlərin diqqətinə çatdırılıb.
Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub

Elçin İSMAYIL


Facebook-da paylaş