Oğullar əsgər gedir » Göyəzən internet portalı


Oğullar əsgər gedir

Oğullar əsgər gedir
Bu gün Qazaxda Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” 31 may 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbir təşkil olunub və gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı təntənəli mərasim keçirilib.

Tədbirdə mədəniyyət və təhsil işçiləri, gənclər, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, əmək və müharibə veteranları, valideynlər, ağsaqqallar, rayon İcra Hakimiyyətinin və SHXÇDX-nın rayon şöbəsinin məsul işçiləri və Qazax Cümə Məscidinin imamı iştirak edib.
Oğullar əsgər gedir
Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunmuş mərasimdə tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini yad edib və abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində gənc çağırışçılara ümummilli liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimi Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova giriş sözü ilə açaraq gənc çağırışçıları, onların valideynlərini, yaxınlarını təbrik edib, hərbi xidmətə yola düşən gənclərə qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayıb.
Oğullar əsgər gedir
Qeyd edib ki, bu gün ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti artıb. Respublikamızda dünyanın ən güclü, nizami ordularından biri yaradılıb, ordumuzun peşəkarlığı daha da artıb. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunub və bu silahlar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev mərasimdə çıxış edərək gəncləri həqiqi hərbi xidmətə yola salınmaları münasibətilə təbrik edib, onlara nümunəvi hərbi xidmət göstərmələrini arzulayıb.
Oğullar əsgər gedir
Sonra AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, əməkdar müəllim Mustafa Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyinin sədr müavini Qurban Qurbanov, müharibə veteranları, valideynlər çıxış edərək həqiqi hərbi xidmətə yola salınan gənclərə öz tövsiyə və məsləhətlərini verib və onlara ordu sıralarında nümunəvi xidmət arzulayıblar.
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Tədbirdə çııxş edənlər qeyd ediblər ki, torpaqlarımız işğal altındadır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, eləcə də hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır. Ölkəmiz vətənin oğullarına, bizim bu gün fəxrlə həqiqi hərbi xidmətə yola saldığımız gənclərə böyük ümidlər bəsləyir.

Torpaqlarımızın işğaldan azad olunması onların ordu sıralarında vətənə sədaqətlə xidmət etmələrindən çox asılıdır. Biz bu gün onlara möhkəm cansağlığı, vətənə sədaqətlə xidmət etmələrini, xidmət etdikləri hərbi hissələrdə komandir və zabit heyətinin əmr və tapşırıqlarını ləyaqətlə, şərəflə yerinə yetirmələrini arzulayırıq.
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Şəhər 2 saylı tam orta məktəbin birinci sinif şagirdi Mahmud Yusifov şair Eldar Nəsiblinin hərbi vətənpərvərlik mövzusunda yazılmış şerini söyləyib.

Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək müqəddəs “Qurani-Kərim”in altından keçiblər və hərbi xidmətə yola salınıblar.

GOYEZEN.AZ

Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Oğullar əsgər gedir
Oğullar əsgər gedir


Facebook-da paylaş