Dövlətə, Xalqa, Prezidentə sadiq » Göyəzən internet portalı


Dövlətə, Xalqa, Prezidentə sadiq

Dövlətə, Xalqa, Prezidentə sadiq
Qazaxda Azərbaycan polisi günü ilə əlaqədar təntənəli toplantı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, veteran polis əməkdaşları, şəhid olmuş polis ailələrinin üzvləri, onların doğmaları və yaxınları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.

Sonra Qazax şəhərində şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olub. Açılışda rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək rayondakı 283 nəfər şəhidin, o cümlədən, şəhid olmuş polis əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsi barədə danışıb, onların ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Abidə kompleksinin açılışını bildirən ağ örpək götürüldükdən sonra abidənin önünə tər-çiçək dəstələri qoyulub.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Sonra tədbir Qazax rayon Polis şöbəsinin inzibati bainasındakı iclas zalında davam etdirilib. Şəhid polislərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qazax rayon Polis şöbəsinin rəisi, polkovnik-leytenant Ədalət Əliyev tədbiri giriş sözü ilə açdıqdan sonra məruzə ilə çıxış edib. Çıxış zamanı Azərbaycan polisinin yaranması, keçdiyi yol, əldə olunmuş uğurlar və qazanılmış nailiyyətlər barədə toplantı iştirakçılarına məlumat verib.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Toplantıda rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək polis işçilərini peşə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının dövlət atributlarından biri də Azərbaycan Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil dövlət bir neçə böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.

1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 saylı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları təsis edilir, onların kadr və maliyyə məsələlərinə baxılır.
Dövlətə, Xalqa, Prezidentə sadiq
1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. 1991–ci il oktyabr ayının 18–də Azərbaycanın dövlət müstəqilliyi və hüquqi dövlətin qurulduğu elan edildi. Lakin həmin dövrdə ölkədə anarxiya, xaos və özbaşınalıq hökm sürürdü. Cinayətkarlıq halları baş alıb gedirdi, cəzasızlıq artmışdı. Milli ordumuzun hələ yaradılmadığı o illərdə torpaqlarımızın müdafiəsi də ictimai asayişi qoruyan polis işçilərinin üzərinə düşmüşdü.

O illər polis orqanları üçün ən ağır bir mərhələ idi. Erməni silahlı qüvvələri ilə amansız döyüşlərdə yüzlərlə polis əməkdaşı həlak oldu və yaralandı. Qısaca desək, Azərbaycanda vəziyyət o dərəcədə gərgin idi ki, müstəqilliyin itirilmə təhlükəsi vardı. 1993–cü ilin iyununda ölkə vətəndaş müharibəsinin bir addımlığına gətirilmişdi. Xalqın çağırışına cavab verən xalqımızın böyük oğlu həmin təhlükəli məqamda Bakıya gəldi və dövlət müstəqilliyinin qorunması məsuliyyətini öz üzərinə görürdü. Müdrik dövlət xadimi, mahir diplomat və məşhur siyasətçi olan ulu öndər Heydər Əliyev 1993–cü ilin iyununda Milli Məclisinin sədri, üç ay sonra isə ölkə prezidenti seçildi. Bu həmin ərəfə idi ki, qanunsuz silahlı dəstələrin başçıları ölkəmizin cənub və şimal zonalarını Azərbaycandan qoparmaq və dövlətin müstəqilliyinə birdəfəlik son qoymaq kimi mənfur planı həyata keçirməyə başlamışdılar. Müdrik öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yəqin ki, müstəqilliyimiz itirələcək, tarixin yetmiş ildən sonra verdiyi bir imkan əldən çıxacaqdı. Yəni Heydər Əliyevə qədərki Azərbaycanın müstəqilliyi çox kövrək idi və həm də onun xalqın əlindən almaq istəyən xəyanətkar qüvvələr fəal iş aparırdılar. 1991–ci ilin oktyabrından 1993–cü ilin iyununa qədər keçən dövrdə Azərbaycanda hüquqi dövlətin yaradılması yolunda bir addım da atılmamışdı. Bu müddətdə kriminogen durum ağır olaraq qalır, cinayətkarlıq artırdı.

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyini möhkəmləndirmək məqsədi ilə ictimai asayişin bərpa olunmasını, qanunsuz silahlı dəstələrin ləğv edilməsini və cəbhədə atəşkəsin əldə olunmasını, yəni torpaqlarımızın işğalının qarşısının alınmasını ilk növbədə həll etdi. 1994–cü ilin oktyabr və 1995–ci ilin mart çevriliş cəhdləri iflasa uğrayandan sonra xarici bədxahlar və daxili pozucu qüvvələr başa düşdülər ki, Azərbaycan demokratiya yolu ilə gedir və burada çevrilişlə hakimiyyətə gəlmək mümkün deyil.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Ümummilli liderimiz daxili gərginliyi aradan qaldırdıqdan sonra dövlət quruculuğuna və islahatlara başladı. 1995–ci il noyabrın 12–də ölkənin Əsas Qanunu—Konstitusiyamız qəbul edildi. 1996–1999–cu illərdə İctimai münasibətlərin tənzimlənməsi sahəsində yeni mexanizmlər və prinsiplər müəyyənləşdirən “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Məhkəmələr və hakimlər, haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” qanunlar, ailə, cinayət, cinayət prosessual, mülki, mülki–prosessual, inzibati, cəza icra hüququ və digər münasibətləri nizamlayan məcəllələr qəbul edildi.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Ulu öndər insan və vətəndaş hüquqları və azadlıqlarının qorunmasına mühüm vəzifə kimi baxırdı. Ona görə də Azərbaycan insan hüquqları sahəsində 30-dan çox beynəlxalq konvensiya və sazişə qoşulmuşdur.

Müstəqilliyimizin ilk illərində ulu öndərin tarixi xidmətləri nəticəsində Azərbaycan polisinin fəaliyyəti normal məcraya düşdü. Hüquq sahəsində aparılan islahatlardan sonra polis orqanları səngərlərdən qaytarılaraq öz peşə fəaliyyətlərinə cəlb edildilər. Cinayətkar dəstələr zərərsizləşdiridi, kriminogen şərait nəzarət altına alındı, cinayətkarlıq halları nəzərə çarpacaq dərəcədə azaldı. Ümummilli lider Heydər Əliyev polisin fəaliyyətini həmişə yüksək qiymətləndirir, onlara qayğı və diqqət göstərirdi. O, peşəkar polis zabitlərinin hazırlanmasına xüsusi diqqət yetirirdi.

Gənc kadrların yetişmələrini mühüm vəzifə hesab edən dahi rəhbər ali polis məktəbinin yaradılmasına önəm verirdi. Polis Akademiyasının açılması isə polis sıralarında çalışmaq arzusunda olanların ürəyincə oldu.

Müstəqillik illərində həm ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev polisin fəaliyyətinin daha da canlandırılması üçün bütün lazımi fərman və sərəncamları imzalamış və müvafiq tədbirlər görmüşlər. İndi demək olar ki, respublikanın bütün şəhər və rayonlarında polis şöbələri üçün müasir inzibati binalar tikilmiş və bu proses davam edir.

Xidməti vəzifəsini şərəflə yerinə yetirən polis işçiləri dövlətimizin ali orden və medalları ilə təltif edilmiş, fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev ideyalarına ən çətin məqamlarda da sadiq olan Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz, Silahl Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Prezident İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan polisi çox mühüm funksiyanı icra edir. Hər bir müstəqil dövlət üçün onun daxili işlər orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ictimai–siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 30 iyun 2004–cü ildə “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Elə həmin gün daha bir sərəncama—Azərbaycan Respublikasının daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında imza atması polis orqanlarına göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Biz bilirik ki, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları ümummilli liderimiz Heydər Əliyevin bu sözlərini həmişə öz fəaliyyətlərində rəhbər tuturlar: “Bu gün məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi, onun orqanları, Azərbaycan polisi yaxşı səviyyədədir. Gələcəkdə Azərbaycan polisinin, Daxili İşlər Nazirliyinin işlərini daha da səmərəli etmək üçün zəmin yaranıbdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz–Daxili İşlər Nazirliyinin bütün əməkdaşları qarşınızda duran vəzifələrin hamısını şərəflə, layiqincə yerinə yetirəcəksiniz”.

Sonra Rəcəb Babaşov polis əməkdaşlarını peşə bayramı günü münasibətilə bir daha təbrik edərək onlara ailə səadəti, xoşbəxtlik, çətin, həm də şərəfli peşələrində yeni-yeni uğurlar arzulayıb.
Dövlətə, Xalqa, Prezidentə sadiq
Dövlətə, Xalqa, Prezidentə sadiq
Toplantıda Qazax rayon prokuroru Əlirza Babayev və Dövlət Təhlükəsizlik Xidmətinin Qazax rayon şöbəsinin rəisi Vidadi Həsənov çıxış ediblər.

Sonda rayon polis şöbəsinin bir qrup əməkdaşına və veteran polislərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Elçin İSMAYIL


Facebook-da paylaş