Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb » Göyəzən internet portalı


Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb

Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb
Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görür.

Hər bayram və əziz günlərdə rayonumuzda olan bütün şəhid ailələri rayon rəhbərliyi tərəfindən anılır, onlara maddi və mənəvi yardımlar göstərilir. Onu da qeyd edək ki, artıq bu, Qazaxda ənənə şəklini alıb.

Bütün bayram və əziz günlərdə olduğu kimi Ramazan bayramı ərəfəsində də şəhid ailələri unudulmayıb, onlar üçün iftar süfrəsi açılıb.

Qazax rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün təşkil olunmuş iftar süfrəsində şəhidlərin yaxınları, doğmaları, ata və anaları, oğul və qızları, həyat yoldaşları iştirak edib.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.
Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb
Qeyd olunub ki, bütün şəhidlərimizin ruhu hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu gün bizlər rahat və suveren şəraitdə yaşayırıqsa, bu, onların sayəsindədir. Bu gün biz o igid oğulların şəhidliyinə borcluyuq. Çünki onlar bizlər üçün öz canlarından keçiblər. Şəhidlərimizə, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək, onların adını daim uca tutmaq isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Onlar bizlərlə olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayacaqlar.
Elçin İSMAYIL

Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb


Facebook-da paylaş