Aşağı Əskiparanın işğalından 25 il ötür » Göyəzən internet portalı


Aşağı Əskiparanın işğalından 25 il ötür

Aşağı Əskiparanın işğalından 25 il ötür
Qazax rayonunun 7 kəndi ermənilər tərəfindən işğal olunmuşdur. 14 iyun 1992-ci ildə işğal olunan sonuncu kənd Aşağı Əskiparadır.

Həmin acı tarixi gündən 25 il ötür. Məcburi köçkün düşən kənd sakinləri həmin qanlı günləri böyük kədər hissi ilə xatırlayır, dünyasını dəyişənləri ehtiramla yad edirlər. Kəndin müdafiəsi zamanı həlak olan şəhidlərin bir qismi Qazaxdakı şəhidlər qəbiristanlığında dəfn olunmuşdur.
Aşağı Əskiparanın işğalından 25 il ötür
Bu gün rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Aşağı Əskipara kəndinin işğalının 25-ci ildönümü ilə əlaqədar şəhərdəki şəhidlər qəbiristanlığına gələrək işğal zamanı dünyasını dəyişən şəhidlərin qəbirlərini ziyarət edib.

Şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad olunub.
Aşağı Əskiparanın işğalından 25 il ötür
Sonra İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev söz alaraq kəndin işğalından və ermənilərin kənd sakinlərinə qarşı törətdiyi vəhşiliklərdən danışıb.
Aşağı Əskiparanın işğalından 25 il ötür
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək şəhidlərə, onların ailələrinə, müharibə veteranlarına, köçkünlərə ölkə başçısı İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün Qazax rayonu 297 şəhid verib. Təəssüflər olsun ki, rayonda zaman-zaman şəhidlərə lazımi qiymət verilməyib. Lakin mən fəaliyyətə başladığım ilk gündən Vətən yolunda canlarından keçən igid oğulların adlarının əbədiləşdirilməsi, onların uyuduqları qəbiristanlıqların əsaslı şəkildə təmir olunub şəhidlərin adına layiq şəkilə salınması istiqamətində mühüm işlər həyata keçirtdim. Nəticədə bu gün rayondakı bütün şəhid qəbiristanlıqları, xiyabanları əsaslı şəkildə təmir olunub. Bu, bizim şəhidlərimiz qarşısında müqəddəs borcumuzdur.

Sonra kənd sakinlərindən Nəsib Nəsibov, Vaqif Məmmədov, Nüsrəddin Hacıyev və başqaları çıxış edərək şəhidlər qəbiristanlığının yenidən qurulmasına və şəhid ailələrinə verilən dəyərə, göstərilən diqqətə, qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Elçin İSMAYIL

Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür
Aşağı Əskiparanın işğalından 25 il ötür


Facebook-da paylaş