• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib

Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdənov, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub əziz xatirəsini yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində olan qonaqlar dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti ilə tanış olublar.
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Misir Mərdanovu salamladıqdan sonra bildirib ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin uğuru ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” layihəsi Azərbaycan dövlətinin inkişafında müstəsna rol oynamışdır.
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Bu uğurlu siyasətin davamçısı olaraq 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycanın inkişafı və çiçəklənməsi uğrunda böyük səylər göstərmişdir. Ulu öndərin "Təhsil Millətin gələcəyidir" devizini rəhbər tutaraq təhsilin inkişafına xüsusi önəm vermişdir. Respiblikanın hər yerində, o cümlədən rayonumuzda ümumtəhsil məktəblərinin əksəriyyəti yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Qazaxda Bakı Dövlət Universitetinin filialının açılması da bu qayğının bariz nümunəsidir.

R.Babaşov qeyd edib ki, Prezidentin qarşıya qoyduğu əsas məqsədlərdən biri olan neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində böyük işlər görülür, gənclərimiz ali təhsil almaq üçün dövlət hesabına dünyanın müxtəlif ölkələrində adlı-sanlı universitetlərə göndərilir. Bu gün Silahlı Qüvvələrimizin güclü dünya orduları arasında öz layiqli yerini tutması, iqtisadiyyatımızın, səhiyyəmizin günü-gündən inkişaf etməsi, neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi, mədəniyyət və idman sahəsində məqsədyönlü addımların atılması inkişafın təcəssümüdür.
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də milli-maddi və qeyri-maddi mənəvi irsimizin qorunub saxlanılması, təbliği, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də xeyli işlər görülmüşdür.

“Avroviziya”, “İlk Avropa Oyunları”, “IV İslam Həmrəyliyi Oyunları”, “42-ci Ümumdünya Şahmat Olimpiadası” və “Formula-1” kimi mötəbər beynəlxalq tədbirlərin təşkil edilməsi Azərbaycanın beynəlxalq arenada böyük nüfuza malik olmasının göstəricisidir.
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdənov geniş məruzə ilə çıxış edib. “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” adlı məruzədə ölkə başçısının yürütdüyü daxili və xarici siyasətdən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən ətraflı bəhs edib. Son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi inkişafdan, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə lider dövlətə çevrilməsindən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlər və idman yarışlarından, aparılan geniş abadlıq və quruculuq işlərindən danışıblar.

Daha sonra çıxışlar olub. Qazax RİHB aparatında aparıcı məsləhətçilər Kəmalə Cəfərova, Müşviq Pirverdiyev, məsləhətçi Vəfa Cəbiyeva, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, təhsil şöbəsində aparıcı məsləhətçi Rasim Carçıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin müxtəlif prioritetlərindən söz açıblar.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ölkə başçısının rəhbərliyi altında rayonumuzda görülən işlərdən, həyata keçirilən tikinti-quruculuqdan danışıb. Sonda Qazaxa göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün rayon ictimaiyyəti adından öz dərin minnətdarlığını bildirib.

Elçin İSMAYIL

Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib
Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib


Facebook-da paylaş