“Bura Qazaxdır, oğlum” » Göyəzən internet portalı


“Bura Qazaxdır, oğlum”

Eldar Nəsibli Sibirelin Qazaxda “Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib



“Bura Qazaxdır, oğlum”
Unudulmaz şair Eldar Nəsibli Sibirel bir insan kimi həyatda cəmi 58 il yaşadı. Ömrünün qısa olmasına və ölümündən 7 il keçməsinə baxmayaraq o, bu gün bütün şeir sevərlərin qəlbində görkəmli söz ustadı, unudulmaz şair kimi yaşayır.

Anadan olmasının 65-ci ildönümündə şairin yenicə çapdan çıxmış “Seçilmiş əsərlər”inin təqdimat mərasimi olub.
“Bura Qazaxdır, oğlum”
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Ədəbiyyat Muzeyində keçirilən mərasimi giriş sözü ilə açaraq bildirib ki, E.Sibirelin “Seçilmiş əsərlər”inə onun müxtəlif illərdə yazılmış şeirləri daxil edilib. Eldar şeirlərində ana yurdun bənzərsiz gözəlliklərini, bəşəri hissləri, Vətən həsrətini özünəməxsus şəkildə vəsf edib. Dünyadan vaxtsız getməsinə baxmayaraq təkcə “Bura Qazaxdır, oğlum” şeiri ilə ürəklərdə yaşayır.

Sonra tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Filialın ədəbi məsləhətçisi Mustafa Rasimoğlu E.Sibirelin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Şairlərdən Ələddin İncəli, Rəfael İncəyurd, Cavanşir Rüstəm, Saqif Qaratorpaq, publisist Səbinə Yusif E.Sibirelin yaradıcılığından söz açıb ona həsr etdikləri şeirlərini oxuyublar. Belə yüksək səviyyədə tədbir keçirildiyinə və Qazaxda söz adamlarına yüksək dəyər verdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün yaradıcı insanlar adından öz dərin minnətdarlıqlarını bildiriblər. E.Sibirelin “Seçilmiş əsərlər” kitabının nəşrinə köməklik göstərdiyinə görə Milli Məclisin deputatı Kamran Nəbizadəyə minnətdarlıq ediblər.

Respublikanın əməkdar məşqçisi Ramiz Tağıyev, əməkdar jurnalist Sərhəd Məmmədov şairlə olan dostluqlarından, tələbəlik illərindən söz açıblar.

E.Sibirelin “Bura Qazaxdır, oğlum” şeirinə mahnı bəstələmiş Vahid Qurbanov çıxış edərək mahnının necə ərsəyə gəlməsindən danışıb.

Aşıqlardan Saqif Məzəmli, Samir Cəlaloğlu, İlqar Qələmçəli qədim saz havaları üstündə şairin şeirlərini ifa ediblər.
“Bura Qazaxdır, oğlum”
Milli Məclisin deputatı Kamran Nəbizadə təqdimat mərasimində çıxış edərək E.Sibirel haqqında öz ürək sözlərini bildirib. Qeyd edib ki, “Seçilmiş əsərlər” oxucuların stolüstü kitabı olacaqdır.
“Bura Qazaxdır, oğlum”
E.Sibirelin nəvəsi Leylanın ifa etdiyi babasının “Görünür” şeiri alqışlarla qarşılanıb.
“Bura Qazaxdır, oğlum”
Sonda şairin qardaşı, “Ocaq” qəzetinin baş redaktoru, şair Vəli Xramçaylı çıxış edərək E.Sibirelə göstərilən diqqət və qayğıya, belə yüksək səviyyədə tədbir təşkil etdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova, Milli Məclisin deputatı Kamran Nəbizadəyə E.Sibirelin ailəsi və öz adından dərin minnətdarlığını bildirib.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov təqdimat mərasimində iştirak edib.

Elçin İSMAYIL

“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”
“Bura Qazaxdır, oğlum”


Facebook-da paylaş