• Təqvim

  • Unutma

  • Maraq



“Biz Qazaxda əcdadlarımızın izlərini axtarırıq” MÜSAHİBƏ

Ekspedisiyanın rəhbəri, coğrafiya elmləri doktoru Sapar İskakovun GOYEZEN.AZ saytına müsahibəsi


“Biz Qazaxda əcdadlarımızın izlərini axtarırıq”
-- Biz Qazaxıstanla Qazax rayonu arasında tarixi bağlılığı araşdırmaq, iki xalqı bir-birinə bağlayan qədim kökləri axtarmaq üçün Qazax rayonuna gəlmişik. Tədqiqatımızın məqsədi əcdadlarımızın izlərini başqa ölkələrdə axtarıb tapmaqdır.

-- Bu layihə hansı zərurətdən yaranıb?

-- Sovet hakimiyyəti dövründə bizim yalnız bir tariximiz var idi – sovet tarixi. Həmin zamanlarda xalqların tarixinin öyrənilməsinə qadağa qoyulmuşdu. Müstəqillik əldə edildikdən sonra bütün xalqlara öz tarixini öyrənmək üçün şərait yaranmışdır. Biz də bu məqsədlə öz əcdadlarımızın ayrı-ayrı ölkələrdə olan izlərini axtarıb tapmağı qarşımıza məqsəd qoymuşuq. Elə bu amalla da sizin rayona gəlmişik.

-- Ekspedisiyanın üzvləri ilə oxucularımızı tanış edərdiniz.

-- Qeyd edim ki, mənimlə birlikdə ekspedisiyada Qazaxıstanın tanınmış elm xadimləri, tarix elmləri doktoru Ordenbek Mazbayev, Jakslik Sabitov və başqaları iştirak edir.

-- Qazax haqqında təəssüratınızı bilmək yerinə düşər.

-- Qazaxla bağlı təəssüratım böyük və olduqca yaxşıdır. Biz elə ilk dəqiqələrdən İcra Hakimiyyəti tərəfindən çox səmimi qarşılandıq. Ekspedisiyanın işləməsi və tədqiqatların aparılması üçün bizə olduqca yaxşı şərait yaradıldı. Ona görə də bu 3 gündə çox səmərəli tədqiqatlar apara və xeyli məlumat toplaya bildik.

-- Sizin fikrinizcə Qazaxla Qazaxıstan arasında hansı tarixi bağlılıq var?

-- Eşitmişdik ki, Azərbaycanda Qazax adlı bir rayon var. Bizə maraqlı gəldi ki, rayonun adı hardan və necə yaranmışdır? Bu adın bizim xalqımızla necə əlaqəsi var? Bu suallara aydınlıq gətirmək üçün biz Qazaxa gəlmişik.

-- Apardığınız ilkin tədqiqat nəticəsində hansı qənaətə gələ bildiniz?

-- Yerli tarixçilər bizə məlumat verdilər ki, oğuz türkləri ilə bərabər qıpçaq türkləri də bu ərazidə vaxtilə məskunlaşmışlar. Başqa fikirləri demək hələ tezdir. Çünki tarixi araşdırmalar çox zaman tələb edir. Ona görə də biz hələ konkret bir fikir demək istəmirik.

-- GOYEZEN.AZ portalına arzu və təklifləriniz?

-- Mən sizin portalla səfər öncəsi tanış olmuşam. Operativ və geniş əhatəlidir. Bir rayon üçün bu, olduqca böyük bir işdir. Arzu edirəm ki, GOYEZEN.AZ həmişə belə operativ və baxımlı olsun. Yəqin ki, bu gün olduğu kimi gələcəkdə də bizim apardığımız tədqiqatlara portalda geniş yer verəcək və bu iki xalqı bir-birinə bağlayan tarixi kökləri işıqlandırmaqda yardımçı olacaqsınız. Sizə uğurlar arzulayıram.


Elçin İSMAYIL

“Biz Qazaxda əcdadlarımızın izlərini axtarırıq”
“Biz Qazaxda əcdadlarımızın izlərini axtarırıq”
“Biz Qazaxda əcdadlarımızın izlərini axtarırıq”
“Biz Qazaxda əcdadlarımızın izlərini axtarırıq”
“Biz Qazaxda əcdadlarımızın izlərini axtarırıq”


Facebook-da paylaş