Prezident İlham Əliyev Azərbaycan idmançılarına medalları təqdim edib » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Prezident İlham Əliyev Azərbaycan idmançılarına medalları təqdim edib

Prezident İlham Əliyev Azərbaycan idmançılarına medalları təqdim edib
IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının sonuncu günündə komandalar qələbə uğrunda mübarizə aparıblar.

Azərbaycanın kişilərdən ibarət milli komandası yarışı qızıl, qadın yığmamız isə gümüş medallarla başa vurublar.

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva kişi cüdoçular arasında komanda yarışının final qarşılaşmasına baxıblar.

Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Prezident İlham Əliyev Azərbaycan idmançılarına medalları təqdim edib
Yarışda Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) təmsil ediblər.

Bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.

Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qalib komandaların üzvlərinə medalları dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib. Çempion cüdoçularımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.



Facebook-da paylaş